adalet.az header logo
  • Bakı 18°C
04 Fevral 2019 09:59
14111
DÜNYA
A- A+

“Donuz qripi”ndən 11 nəfər öldü

"Donuz qripi” daha 11 nəfərin həyatına son qoyub. Adalet.az xəbər verir ki, Mərakeşdə də "donuz qripi” kimi tanınan H1N1 virusuna yoluxanların sayı artıb.

Mərakeş Səhiyyə Nazirliyinin məlumatına görə, ölənlər arasında hamilə qadın və yaşlı insanlar üstünlük təşkil edir.

Virusa yoluxan 15 nəfər tam sağalıb. 32 xəstə isə müalicəsini davam etdirir.