adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 Fevral 2019 12:18
9052
HADİSƏ
A- A+

Qubada 5 otaqlı ev yanıb

Quba rayonunda yanğın hadisəsi baş verib.

Adalet.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli beşotaqlı evin 4 otağının yanar konstruksiyaları və ev əşyaları 90 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.