adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
02 Fevral 2019 13:26
6742
MƏMLƏKƏT
A- A+

Sabahın havası – çiskin, yağış, qar...

Azərbaycanda bazar gününə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Adalet.az-a verilən məlumata görə,Bakıda və Abşeron yarımadasında fevralın 3-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti,Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında sabaha arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Yağışın bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti təşkil edəcək.