adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
02 Fevral 2019 12:06
14389
KRİMİNAL
A- A+

Polis 32 cinayətin üstünü açdı

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 32 cinayətin üstü "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 43 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.