adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
02 Fevral 2019 11:11
14592
KRİMİNAL
A- A+

Balakən sakinlərindən narkotik götürülüb

Balakən sakinlərindən narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Adalet.az-a bildiriblər ki, daxil olmuş məlumat əsasında Balakən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən rayonun Gərəkli kənd sakini Sabir Abdullayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan sellofan torbalarda ümumi çəkisi 133 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Digər bir əməliyyat tədbiri nəticəsində isə Balakən şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Kaltayevin üzərinə şəxsi axtarış keçirilən zaman kağız bükümdə çəkisi 6 qrama yaxın marixuana aşkar edilib və maddi sübut kimi götürülüb.