adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Fevral 2019 00:12
5228
GÜNDƏM
A- A+

VENESUELANIN QIZIL EHTİYATLARI TALANIR


Venesuelanın xarici bank hesablarına və qızıl ehtiyatlarına əl qoyan ABŞ Rusiya və digər ölkələri Karakasın qızıl və neft ehtiyatlarını almamağa çağırış edib. Reuters agentliyinin məlumatına görə, Vaşinqton administrasiyasının yüksək çinli məmuru Rusiya və digər dövlətləri Venesuela prezidenti Maduro ilə neft və qızılla bağlı heç bir müqavilə bağlamamağa çağırıb.
Məmur həmçinin, Vaşinqtonun müvəqqəti prezident kimi tanıdığı Xuan Quaydonu qorxutmaq cəhdlərinin yolverilməz olduğunu bildirib.
Venesuela parlamenti bəyan edib ki, əldə olan məlumatlara görə, ölkənin Mərkəzi Bankı 20 ton qızılın Rusiyaya aparılmasına cəhd edib. Belə ki, yanvarın 30-da Rusiyaya məxsus "Boinq-757" yük təyyarəsi Karakasın hava limanına eniş edib.
Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabuilina bu məlumatları qətiyyətlə rədd edərək bildirib ki, Maduronun qızıl ehtiyatlarını Rusiyada saxlamaqla bağlı xəbərlər həqiqəti əks etdirmir.
Reuters agentliyi bildirib ki, Maduro hökuməti Birləşmiş Ərəb Əmirliklərinə 15 ton qızıl satmağı qərara alıb. Artıq 3 ton qızıl Ərəb Əmirliklərinə çatdırılıb. Həmçinin, qızıl külçələrinin bir hissəsi Türkiyəyə göndərilib.
Deyəsən, ABŞ hamıdan qabağa düşüb Venesuelanın xarici ehtiyatlarına "əl qoyub". İndi də ölkədə qalan ehtiyatların başqa dövlətlər tərəfindən yağmalanmasının qarşısını almaq istəyir.