adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Fevral 2019 17:46
32241
ŞOU-BİZNES
A- A+

Manaf Ağayev kürəkənini həbs etdirdi

Müğənni cehizə görə sabiq kürəkənindən pul tələb edir.

Ötən gün gecə saatlarında müğənni Manaf Ağayevin keçmiş kürəkəni Gürcüstan sərhədini keçmək istərkən saxlanılıb və oradan Qazax polisinə aparılıb.

Adalet.az Aznews.az-a istinadən xəbər verir ki, polis şöbəsində ona bildiriblər ki, Manaf Ağayev ondan qızının cehizlərinin qaytarmaması ilə bağlı şikayət edib.

Belə ki, müğənni cehizə görə sabiq kürəkənindən pul tələb edir. Buna görə onun ölkədən çıxışına qadağa qoydurub.

Halbuki, cehizlər Manaf Ağayevin evinə aparılıb və onlar onu götürməkdən imtina ediblər.