adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
01 Fevral 2019 16:18
4522
GÜNDƏM
A- A+

Prezident və xanımı Şirinov qardaşları ilə görüşdülər

Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ukraynada yaşayan soydaşlarımız Sabir və Umud Şirinov qardaşları ilə görüşüblər.

Adalet.az xəbər verir ki, dövlət başçısı həyatları təhlükəyə məruz qalan insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə onları "İgidliyə görə” medalı ilə təltif etdi.