Əbülfət MƏDƏTOĞLU: İLİN BİR AYI

ƏBÜLFƏT MƏDƏTOĞLU
53334 | 2019-02-03 11:27

Doğru deyirlərki, insan insanın eyni olmadığı kimi, gün də günün eyni deyil. Sadəcə, təkrarolunan bir tarix inancı var, o da bütünlüklə üst-üstə düşmür. Sadəcə, oxşayır,bənzəyir və biz də bu sadəliyin içində tarixin guya bütünlüklə təkrar olduğunainana-inana həmin o bir-birinin bənzəri olan günlərin axırına çıxırıq. Təbiiki, gün də bizim axırımıza zamanı yetişəndə çıxır. Bunu heç kim dəyişə bilməz...

Bəli, yeni ilinbir ayının kürəyini vurduq yerə və düşündük ki, 2019 bizə, təbii ki, söhbətmediadan gedir, bir yeni qapı açacaq,yeni uğurlardan xəbər verəcək, amma deyəsən yanılmışıq. 20 Yanvar faciəsinin ildönümündən sonra başlananmediaya dair pıçıltılar Xocalı soyqırımının ildönümü çatmamış artıq bütün gündəmizəbt etdi. Olduq necə deyərlər, diqqət mərkəzindəki bir nömrəli ünvan! Yəni qəzetlərinbağlanmaq təhlükəsindən tutmuş jurnalistlərin işsiz qalacağına qədər məsələindi əksər söhbətləri arxa planakeçirib. Hələlik deyə bilmərəm bu bizim xeyrimizədi, yoxsa yox, ammabildiyim bircə məsələ var, hələ ki gündəmdəyik. Sonumuzu Allah xeyrə calasın.Amin! Və...

Deməli, yanvarayının az qala hər gününü ən önəmli detallarıyla xatırlayıram. Ona görə ki, buayın böyük çilənin gücünü göstərmək imkanını necə havaya sovurduğunu yaşadıq, nəqar gördük, nə də boran. Ona görə də xəstəlik virusları canımızdan çıxmadı.

Üstəlik,"donuz qripi" ilə bağlı sözlərin də iştirakçısına çevrildik. Buictimai məzmunun içərisində məni təbii ki, daha çox narahat edən ailə zənbili, ailə büdcəsi idi. O da üzüaşağıdiyirlənməkdədi. Harda dayanıb duracaq, onu da ən yaxşı halda müstəqil ekspertlərmüəyyənləşdirə bilər, təəssüf ki, onlar da öz haylarındadılar...

İndi oturub dərindəndüşünəndə, necə deyərlər, papağımı qarşıma qoyanda ilk xatırladığımyazı-pozularımdı. Yəni yanvar ayında heç olmasa 60 yaşımla bağlı əl boydakitabımın işıq üzü görəcəyinə ümidliydim. O da işıqforun qırmızı işığındadayanası oldu. Və mən çıxış yolu kimi yaradıcılığımı elə şeir dəftərimdə davametdirməyə üstünlük verdim. Şükürlər ki, hələ qələm və dəftər almaq və sinəmiziboşaltmaq imkanı əlimizdən alınmayıb. Ona görə də mən elə sözümün bu yerindədemək istəyirəm ki:


Qaçıram,özüm-özümə

Çata bilmirəm,dur! - deyim.

Yuxu da getmirgözümə -

Yatdın, indi dədur, deyim...


Dərd çəkdiyim hadeyə

Biri-birindənsadəyə...

Əlini uzat badəyə-

Süzülmüş qəmivur deyim...


Məndən aralı bircoma

Qəm var hərəsibir koma...

Əlimdə qurumuşqoma-

Bəlkə mən solmuşnur deyim?!

***

Bəli, dünyanın əndüşündürücü məqamlarından biri mənim məntiqimə görə, nəyi necə etməyin yolunubilməməkdi. Bu fikri bir az da açıqlasam, onda siz də mənimlə razılaşarsınız vəonda bilərsiniz ki, həqiqətən də çıxılmaz durum, tapılmayan variant, görünməyənişıq və bütövlükdə naçarlıq, ümidsizlik sevilməmək kimibir şeydi. Yəni var olursan, amma varlığın kiməsə gərək olmur. Necə deyərlər,Kərəmi ağlamaq burda tutur. Çünki gözünün önündə olur, amma sənin deyil. Və...

Hə, deyəsənsola-sağa var-gəl etməklə nə demək istədiyimi azacıq da olsa dəyərli oxucularaanlatdım. Amma tam mənasında nələr baş verdiyini hər kəsin anladığı bir şəraitdə əriştədoğramaq, umac ovmaq elə də bir böyükqoçaqlıq deyil. Məhz bu mənada mən iç dünyamın qapı-pəncərəsindən boylanıb ətrafanəzər yetirəndə təkcə göy üzündəki buludları, zirvəsinə qar yağan dağları vəyaxud da quruyan çeşmələri, bulaqları deyil, həm də boy verən pöhrələri,açılan, çırtlayan tumurcuqları, səs-səsə verən quşları və sairəni də görürəm.Bax, bu təzadın içərisində həmişə gəldiyim son nəticə bu olur ki, bütün bunlarhələ son deyil. Deməli, paralel olaraq qaranlıqla işıq yol gedir. Hansınınqalib olacağını isə heç kim bütün bəşəriyyət üçün açıqlaya bilməz. Doğrudur, fərdhalında hər birimizin yol-yoldaşımız həm qaranlıqdı, həm də işıqdı.

Bizim gücümüz,ağıl və məntiqimiz həmin o yol-yoldaşlarımızdan ən önəmlisini daha çox qabağaçıxartmağa, daha çox qabartmağa hesablanmalıdır.

Bax, onda bizişıqlı yolların yolçusu və işıqlı adam olacağıq. İşığa gedən yol da elə işığınözündən keçir və mən birmənalı şəkildə əminəm ki, o işığın bir adı da sevgidi.Ona görə də o sevgini, yəni içindəki işığı tərənnüm etməyi bir an da olsununutmuram və yazıram:


Bu sevgininönündə

Laldı içim,çölüm də...

Ayağında ölüm də-

Ləpirinəsığınım...


Nəfəsin də, ətrində

Gülür şeirin sətrində...

Ürəyi gətirim də-

Xətrinəsığınım...


Xəyalım dolmuşbulud

Yağım ovcuna -qurud...

Sən bu dünyanıunut -

Ətirinəsığınım...


Xatirələr şan,baldı

Məni məndən oaldı...

Kirpikləriniqaldır -

Çətirinəsığınım...


***

İstənilən məqamdafikir söyləmək, münasibət bildirmək zərurət olsa da, həm də məsuliyyətdi. Hərdeyilən sözün, yazının arxasında təkcə imza dayanmır, həm də o imzanın sahibidurur. Bax, bu mənada ictimailəşən fikrin həm çəkisi, həm də yozumu öncədən nəzərəalınmalıdı. Bilinməlidi ki, hər xırdalanan yüzlük hardasa bir tamlığınparçalanmasıdı. Ona görə də parçalanmalar aparıb çox məşhur bir kəlama daçıxara bilir, yaxud da onun əksi baş verir. Yəni parçalanıb qığılcımdan alovakeçmək də mümkündü, kül olmaq da... Odur ki, bu gerçəkliyi unutmaq olmaz vəunudulmağın da sonunun hara gedib çıxdığını zaman-zaman yaşamış bir insan kimideyə bilərəm ki, bu gün yaşadıqlarımızınbir səbəbi də elə unutqanlıqdı. Və...

Oxunan kitabın məzmunvə mahiyyəti bəzən bir sözdə, bir cümlədə ifadə olunur. Ona görə də sözünbaşına ip salıb onu hara gəldi çəkməkdənsə, birini ipucu edib əsl həqiqəti ifadəetmək daha məntiqlidir. Yoxsa bir də baxıb görəcəyik ki, sözlər də bizdənbezib, sözlər də bizə qarşı çıxıbdı. Bax, onda dəlilik qaçılmaz olacaqdır. Həmino dəliliyin də bir əlaməti onsuz da həmişə bizimlə bir yerdədi. Onu da yersiz,çox mənasız, boş-boşuna danışmaqla büruzə veririk. Hətta "boşboğaz"sözünü də deməkdən, işlətməkdən çəkinməyərək elə o boşboğazlığa zaman ayırırıq.

Bəli, bütünbunlar hamının bildiyi, iştirakçısı olduğu bir həyat səhnəsi, bir ömürgörüntüsüdü. Tam dəqiqliyi ilə ifadə etsəm, ömrün müəyyən bir anıdır.

Və biz də o anıhavaya üfürürük, boşuna xərcləyirik. Və sonra da başlayırıq vaxtın, zamanınazlığını boşboğazcasına deməyə, təkrarlamağa. Və həmin məqamda yadıma nə vaxtsayazdığım misralar düşür.


Tanışdı ruhumaisti qan dadı

Mən gün öldürürəm,əlim qandadı...

Doğraya-doğrayaqolu-qanadı -

Məni tələsdirməsən intihara...


Gecə asıldığımdidərgin yuxum

Gəzib-dolaşdığım- xəyalda Tuğum...

Kirpikdəndamlanıb qoy bir-bir yığım -

Məni tələsdirməsən intihara...


Dan yeri gözümdənbaxır gözünə

Bu sevgi gözümdənaxır gözünə...

Fağır görünürəmfağır gözünə -

Məni tələsdirməsən intihara...


Qatlayım ürəyibüküm, de necə?

Yoxdursa tərpənsintüküm, de necə?

Kənardan görünüryüküm, de necə?

Məni tələsdirməsən intihara...


Özünə sən məndənbax bircə dəfə

Özünü mənim təkyax, bircə dəfə...

Özünü qəlbiməçax bircə dəfə -

Məni tələsdirməsən intihara...


***

Bəli, indi bütünbu yazdıqlarımı yekunlaşdırmaq, necə deyərlər, sonunu bəyan etmək məqamı gəlibçatdı. Bunun özü də bir məsuliyyətdi. Çünki bu qədər zaman ayırıb bu yazınıoxuyan oxucularım istər-istəməz onlara nədediyimi, nə demək istədiyimi yəqin ki, düşündülər, ağıllarından, ürəklərindənkeçirdilər. Və mən də onların düşüncələrinə bu yazıdan əxz etdiklərinə böyükhörmətlə, sayğıyla yanaşaraq özümün də fikrimin nədən ibarət olduğunu, ümumiyyətlə,bu yazını niyə yazdığımı diqqətə çatdırmaq istəyirəm...

Həqiqətən arxadaqalan bir ay həm ölkə həyatında, həm də fərdi həyatımızda öz izini qoydu və müəyyənməsələlərdə əllərimizi də qaldırdıq, dizimizi də yerə atdıq. Bunu görməyə, deməyə bilmərəm. İçimizdənsevinc də süzülüb getdi, kədər də xışladı bizi.

Amma olanlarınhamısının içərisində bir insan kimi hər birimizin yanvarı tarixə çevirməyimizyaddaşımıza yazıldı. Biz birmənalı olaraq yanvara qalib gəldik! Sonrası qaldıfevralın ümidinə...

Və ümumiyyətlə,ümid deyilən bir anlayış kimi, bir məhfum kimi, bir söz kimi təkcə dilimizinucunda yox, həm də ürəyimizdə, varlığımızda hakim olmalıdı.

Çünki "ümidsonda ölür" - deyirlər. Bunu bildiyimiz halda sabaha ümidsiz olmağımız özütəbii ki bağışlanmaz bir haldır. Bubağışlanılmaz halın mənim bildiyim bir çıxış yolu var, o da ümidin ətəyini əldənburaxmamaqdı.

Bax elə mən həmino inama söykənib bu yazımda bütün olanların içərisində bir işıq axtarıbtapmağın mümkünlüyünü ifadə etməyə çalışdım. Bilmirəm, alındı, yoxsa yox, ammabacardığımı etdim. Və...

Hamımıza ümidliolmağı, ümidin ətəyini möhkəm tutmağı arzu edirəm. Təbii ki, öz yerinizdəçalışın ki, möhkəm olun!..


TƏQVİM / ARXİV