adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
01 Fevral 2019 15:19
12513
DÜNYA
A- A+

Çavuşoğlu: “Venesuelada vətəndaş müharibəsi ehtimalı var”

"Venesuelanın daxili işlərinə kənardan müdaxilələr bu ölkədə vətəndaş müharibəsinə gətirib çıxara bilər".

Adalet.az "Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziriMövlud ÇavuşoğluAvropa Parlamentinin bu günlərdə Venesuela müxalifətinin lideri, Milli Asambleya sədriXuan Quaidonu ölkənin prezidenti kimi tanıdığını açıqlamasını şərh edərkən bildirib.

Avropa İttifaqıüzv ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etmək üçün Buxarestə gələn M.Çavuşoğlu məsələyə münasibət bildirərkən deyib: "Xarici müdaxilələr məsələni həll etməz, vətəndaş müharibəsinə səbəb ola bilər”.

Xatırladaq ki, ötən gün Avropa Parlamenti Avropa İttifaqı ölkələrini Venesuela müxalifətinin lideri Xuan Quaidonu ölkənin qanuni prezidenti kimi tanımağa çağıran qətnaməni səs çoxluğu ilə qəbul etmuişdi.