adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Fevral 2019 15:10
4516
GÜNDƏM
A- A+

Zakir Həsənov cəbhədəki hərbi obyektlərə getdi

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıİlham Əliyevin tapşırıqlarına əsasən hərbi hissələrdə şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, cəbhəboyu zonada olan nazirliyin rəhbər heyəti yeni inşa edilməkdə olan bir neçə hərbi obyektlərdə icra edilən tikinti işlərinin vəziyyətini yoxlayıb.

Zakir Həsənovhərbi obyektlərdə aparılan tikintinin gedişatı ilə maraqlanıb, işlərin vaxtında və keyfiyyətlə yekunlaşdırılması ilə bağlı cavabdeh vəzifəli şəxslərə müvafiq göstərişlər verib.