adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
01 Fevral 2019 15:00
7354
MƏMLƏKƏT
A- A+

“Gənclərin Dostu” Milli Mükafatının təqdimetmə mərasimi

30 Yanvar 2019-ci il tarixində Azərbaycan Gənclər Mərkəzi İctimai Birliyi 2 Fevral-Gənclər günü münasibəti ilə "Gənclərin Dostu” Milli Mükafatının təqdimetmə mərasimi təşkil edib. Gənclər Mərkəzinin sədri Kənan Qubadzadə tədbiri açaraq bildirib ki, mükafat təşkilat komitəsinin qərarı ilə, keçirilən sorğu nəticəsində müxtəlif sahələrdə çalışan şəxslərə və gənclərə xüsusi qayğı göstərən, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına önəm verən, xeyriyyəçilik edən, ictimai-siyasi həyatda fəal iştirak edənlərə təqdim edilib. Həmçinin təşkil edilən tədbirdə Gənclər Mərkəzi Ictimai Birliyinin nəznində "Azərbaycan Gənc Sahibkarlar Klubu "nun yaradılması elan edilib. Klubun koordinatoru Anar Sarıyev və Elvin Hüseynov çixiş etmiş, tədbir iştirakçılarını 2 Fevral Gənclər Günü münasibəti ilə təbrik edərək onlara uğurlar arzulamış və Klubun gələcək fəaliyyəti barədə dolğun məlumat vermişdir.