adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 Fevral 2019 12:15
13238
DÜNYA
A- A+

Türkiyə əhalisinin sayı 82 milyonu ötdü

2018-ci il dekabr ayının 31-nə qədərki statistikaya görə, Türkiyə əhalisi 82 milyon 3 min 882 nəfər olub.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə yaşayan əhali ötən 2018-ci ildə bir əvvəlki ilə müqayisədə 1 milyon 193 min 357 nəfər artıb. Qardaş ölkədə kişilərin sayı 41 milyon 139 min 980 nəfər, qadın əhalinin sayı isə 40 milyon 863 min 902 nəfərə çatıb. Buna görə ümumi əhalinin 50,2 faizini kişilər, 49,8 faizini isə qadınlar təşkil edib.

Açıqlanan rəqəmlərə görə, Türkiyə əhalisinin 18,4 faizi - 15 milyon 67 min 724 nəfəri İstanbulda yaşayır. Beləliklə, bu şəhər ən çox əhaliyə malik şəhər olub. Müvafiq olaraq 5 milyon 503 min 985 nəfər Ankarada, 4 milyon 320 min 519 nəfər İzmirdə, 2 milyon 994 min 521 nəfər Bursada və 2 milyon 426 min 356 nəfər Antalyada məskunlaşıb.