Faiq QİSMƏTOĞLU: ÖZÜNƏ DÖNÜŞ

FAİQ QİSMƏTOĞLU
40487 | 2019-02-01 11:44

... İnsana öz anadan olduğu yerdən müqəddəs ocaq yoxdur. Çünki gözünüaçıb o ocağı görüb, o ocaqda böyüyüb və o ocaqdan da harasa pərvazlanıb. Hara gedirsənsəget, harda yaşayırsansa yaşa, yenə günlərin bir günündə o doğulduğun yerə, o böyüdüyünyurda dönüş edəcəksən. Özün istəməsən də tale səni gətirəcək həmin iməklədiyin,dil açdığın, ata-ana dediyin, ağuşuna atıldığın doğmalarının yanına...

... Hər üçümüz çox hüznlüyük. Seyid Əli Ağanın oğlanları Seyid Əbdürrəhim,Seyid Əsgər və bir də mən maşında Bəhmənliyə gedirik. Seyid Əsgər deyir ki, bizdanışmasaq, sussaq, Seyid maşını sürməkdən yorular. Ancaq o qədər hüznlüyük ki,heç danışmağa gücümüz də çatmır. Çünki çoxböyük ziyalı və çox böyük əməli-saleh insan olan yaxın qohumumuz, dostumuz və sirdaşımızHəsən Ərşad oğlu Əliyev dünyasını dəyişib və biz də elə həmin məclisə gedirik. SeyidƏbdürrəhim dillənir ki, Faiqin çox maraqlı söhbətləri olur. Dəfələrlə kəndə getmişik,yolda elə şirin söhbət eləyir ki, kəndə çatmağımızı hiss eləməmişik. Yəqin bu dəfədə yolumuzu qısa eləyər; məni sükan arxasında yuxulamağa qoymaz...

Bakıdan Bəhmənliyə 3-4 saatlıq yoldu. Və bu dəfə də söhbətimiz çox şirinalınır. O qədər şirin alınır ki, məsafələrin necə gəlib keçdiyini bir o qədər dəduymuruq. Söhbətimizin də əsasını rəhmətlik Həsən Ərşad oğlunun üstündə qururuq.Həm Seyid Əbdürrəhim, həm Seyid Əsgər mən onunla bağlı xatirələrimizdən və Həsənmüəllimin əməli-saleh işlərindən danışırıq.Seyid Əsgər deyir ki, birinci dəfədir ki, yol gedəndə belə rahat mənzilbaşına çatıram və heç kəsdən qeybət olunmadığını görürəm...

... Kəndə çatırıq. Yas yerinə getmək istəyəndə Seyid Əsgər yenidən dillənirki, indi orda günorta olduğu üçün qohum-əqrəba çörək yeyir, onları narahat eləməyək.Dönək burdan mənim qızımgilə, bir tikə çörək yeyək, sonra ora gedərik. Onun dedikləriilə razılaşırıq və Seyid Əsgərin qızıgilin evinə dönürük. Daha doğrusu, qohumu Akifgilinevinə. Maşın həyətə girir və həyətə girən kimi yeznəsi Akif, qızı və nəvələri Sübhan,Süleyman bizi qarşılayırlar. Mehribanlıqla görüşürük. Seyid Əsgərin Bakıdakı nəvələriMirmuhəmməd, Mirmehdi, Seyid Əsgər də bal kimi şirindir. İçəri keçirik. Bir neçə dəqiqə ötməmiş masanınüstünə çay gətirilir. Yeznəsi Akif çox mehriban, çox səmimi və zəhmətkeş oğlandı.Adam üçün əldən-ayaqdan gedir. Elə mənim özüm də bu səmimiyyətdən sıxılıram. Ammadüşünürəm ki, mən yad adam deyiləm ha, onlarla yaxın qohumam. Çünki Seyid Əbdürrəhimin,Seyid Əsgərin atası Seyid Əli Ağa mənim atamla həm qohumdu, həm də uzun illərinqonşusuyuq. Mənim dayım Dayandur kişi Seyid Əli Ağanın bacısı Bədir xanımla ailəqurub. Biz ona Bədir mama deyərdik. Mənim dayım qızı rəhmətlik Xuramanla da SeyidƏbdürrəhim evlənib. Yəni bizim qohumluluğumuzun kökü çox uzaq bir keçmişə gedibçıxır. Hətta qardaşım Elxan Seyid Əli Ağanı oğlanlarına kirvə tutmuşdu. Bizdə dəkirvə qardaş qədər əzizdir...

... Bir qədər keçəndən sonra masanınüzərinə sazan balığının qızartması gətirilir və yanında da pomidor-xiyar turşusuqoyulur. Akif deyir ki, bu balığı yuxarıdakı kanaldan tutublar. O qədər dadlıdırki, başqa balıqlar bunun kimi ləzzətli deyil. Əlimizi süfrəyə aparırıq və mən əlimisüfrəyə uzatmamışdan Seyid Əsgər o balıqdan böyük bir tikəni mənim boşqabıma qoyur.Avropalılar hər şeyi çəngəl-biçaqla yeyir. Ancaq burda balığı əllə yemək daha ləzzətlidir.Bir neçə tikəni ac olduğuma görə, gözümə təpirəm. O qədər dadlıdır ki, adam bu balığıyeməkdən doymur. Maşallah, masanın da üstündəki iri sinidə bu balıq tikələri bir-birininüstünə yığılıb. Çəkinmədən yenə qızardılmış balıqdan bir neçə tikəni sümükdən təmizləyir,şirin-şirin yeyirik. Heç elə sümüyü də yoxdur...

... Yeyib doyandan sonra yenidən süfrəyə pürrəngi çay gəlir. Bu çaydanda bir neçə armudu stəkan içirik və yorğunluğumuz canımızdan çıxır. Amma nə yesəkdə, nə içsək də Həsən Ərşad oğlunun yas məclisi bizə bir hüznlük gətirir. Günortadansonra yas məclisinə gedirik. Həsən müəllimin oğlu Ərşadla, qardaşları Tehranla,Təbrizlə və Cəbrayılla görüşüb təsəlli veririk. Həm çadırda, həm da daşdan tikilmişhəyətdəki xeyir-şər yerində adam əlindən tərpənmək olmur. Kəndin ağsaqqallarındanTalıb kişi və kəndin mollası Abbas yuxarıda əyləşib hərdənbir "Fatihə” verirlər.O qədər adam gəlib-gedir ki, bilmirsən hansı ilə görüşəsən. Amma hamı da bir sözdeyir: "Heyf Həsən müəllimdən, çox qənimət adam idi, o eldən getdi”. Təbii ki, buragələnlərin hamısı yas sahiblərinə bir təsəlli verirdilər. O təsəlli ki, atalar deyib:"Dərd bir yerdə çəkiləndə daha yüngül olur”.

... Yas yerinə qayıdıb Bəhmənlinin üstündəki qəbiristanlığa gedirik. Çünkibu qəbiristanlıq həm də çox müqəddəs bir məkandı. Əksər qohum-əqrəbamız dünyasınıdəyişəndən sonra burda dəfn edilib. Mənim babam da, atam da, anam da, qardaşım daburda uyuyur. Eləcə Seyid Əbdürrəhimin əzizləri də bu qəbiristanlıqdadı. Həm dəqəbiristanlıq ona görə müqəddəsdir ki, Allahın çox sevdiyi bir seyid, gözəl və böyükziyalı Seyid Əli Ağa da burda dəfn edilib. O burda dəfn olunandan sonra həm də ziyarətgahlıqyaranıb. Yəni Seyid Əli Ağanın məzarı bütün füzulilər və bəhmənlilər üçün bir ziyarətgahdı.Biz də həmişə qəbiristanlığa yolumuz düşəndə öncə onun məzarını ziyarət edir, "Fatihə”verir və "Yasin” oxutdurub sonra doğmalarımızın qəbirlərini ziyarət edirik.

Seyid Əbdürrəhim Məcid müəllimin nəvəsi molla Məcidlə telefonla danışır.Molla deyir ki, mən yuxarıda binanın yanındayam, qalxın ora! Biz də ora qalxırıqvə binanın yanından keçəndə atamın, anamın, qardaşımın məzarına yaxınlaşıram. Mənim ardımca Seyid Əbdürrəhim,Seyid Əsgər və Molla Məcid ora gəlir. Seyid Əbdürrəhim mollaya deyir ki, bu dəfəFaiqin deyil, mənim adımdan həm Qismət əmimə, həm Mirvari xalama, həm də Qürbətəbir "Yasin” oxu, pulunu da özüm verəcəm. Molla Məcid də "Yasin”i oxuyur və ordanrəhmətlik Həsən Ərşad oğlunun məzarına yaxınlaşırıq. Yenidən hər iki seyidin vəmənim adımdan molla rəhmətlik Həsən müəllimin ruhuna "Yasin” oxuyur. Ordan yenidənSeyid Əli Ağanın və dayım qızı Xuramanın məzarının üstünə qayıdırıq. Bu dəfə dəmolla hər ikisinə "Yasin” surəsini oxuyur.

Qəbiristanlıq başqaları üçün deyə bilmərəm, mənim üçün ruhların dincəldiyivə sakitləşdiyi bir yerdi. Hər dəfə bura gəlib rəhmətə gedənlərin ruhuna "Yasin”oxutduranda qəlbim və ruhum sakitləşir, özümü rahat hiss eləyirəm. Deyirlər ki,qəbiristanlıqda olanda və "Quran” oxunanda insanın içindəki şeytan ondan uzaqlaşır.Adam bulaq suyu kimi təmiz, gün işığı kimi nurlu olur. Yəqin bunu çoxları yaxşıbilir...

... Axşamüstü mamam oğlu Təbrizlə yenidən yas yerinə baş çəkirik. Və mollaMəcid rəhmətlik Həsənin ruhuna molla Abbasla birgə "Yasin” oxuyur, "Fatihə” verir.Sabahı gün isə onun üç məclisidir. Üç məclisində adam daha çoxdur. Bir azdan adamlardaha da artır. Kəndimizin sayılıb-seçilən, Bakıda və digər yerlərdə yaşayan adamlarıgəlir. Onların arasında cavan olsa da, ağsaqqallığı və xeyirxahlığı ilə böyük hörmətqazanmış, kəndin bir xeyrindən, şərindən qalmayan Kamran müəllim də gəlib düz SeyidƏbdürrəhimin yanında əyləşir. İki daşın arasında el ağsaqqalı Talıb müəllimlə görüşürvə digər adamları da başı ilə salamlayır. Yenə hamımızın qəlbinə bir kədər çökür.Amma elə ki, Həsən Ərşad oğlunun əməli-saleh işlərindən, xeyirxahlığından danışılır,bax onda hamının çiynindən ağır yük götürülür, dərdi yüngülləşir, eləcə də məclisiştirakçıları bir az təsəlli tapırlar.

Bəhmənli ağır eldir. Onun çox qədim və zəngin tarixi var. Və bu Bəhmənlinidə həmişə Həsən Ərşad oğlu kimi oğullar respublikamızda tanıdıb. Çünki yaxşı insanlartək özləri üçün deyil, həm də el-oba üçün yaşayırlar.

... Yas yerindən çıxıb yenidən Seyid Əsgərin yeznəsi Akifgilə qayıdırıq.Seyid Əsgər bildirir ki, bir tikə çörək yeyib yola çıxaq. Bu fikirlə Seyid Əbdürrəhimləmən də razılaşıram. Yenidən həyətə giririk, Seyid Əsgərin nəvələri Sübhan və Süleymanüstümüzə qaçır. Babalarıyla görüşür. Mən də hər ikisinin alnından öpürəm. Çünkiuşaqların üzündən öpmək düzgün deyil. Yenidən içəri keçirik, masanın üstünə tənəkdolması, qatıq və evdə hazırlanmış kompot və digər turşular qoyulub. İki daşın arasındaSeyid Əsgər mənim boşqabıma dolma çəkir. Bu dəfə yeməyi çəngəllə yeyirəm. Tənəkdolması çox ləzzətlidir. Yeməyi elə yeyirəmki, elə bil acından ölürəm. Yarım saat ərzində toqqamızın altını bərkidirik. Birdənmənə zəng gəlir. Nəvələrimdir. Deyirlər ki, dədə, kəndin girəcəyində səni gözləyirik.Ayağa qalxıb Seyid Əsgərin yeznəsi Akiflə, qızı və nəvələrilə xudahafizləşirik.Seyid Əbdürrəhim qara cipin sükanı arxasında əyləşir və maşınla həyətdən çıxırıq.Seyid Əsgərin nəvələri Sübhan və Süleyman bizə əl eləyir.

... Bir neçə dəqiqədən sonra Bəhmənlinin üstünə çatırıq. Uzaqdan nəvələrimSədaqət və Tunarın ağ maşında əyləşdiyini görürəm. Onları maşından düşürüb SeyidƏbdürrəhimin maşının arxa salonuna əyləşdirirəm. Hər ikisi seyidlərlə görüşür vəbiz üzü Bakı istiqamətində gedirik. Ürəyimdən keçənlər isə bunlardır: "Allah sənərəhmət eləsin, Həsən Ərşad oğlu! Məzarın nurla dolsun! Və bir də bizim yolumuz Bəhmənliyətoya-bayrama düşsün”. Elə bil ki, ürəyimdən keçənləri Seyid Əbdürrəhim və SeyidƏsgər də hiss eləyir. Deyirlər ki, Allah qoysa, bir gün də bax belə bir yerdə bukəndə Həsən müəllimin oğlu Ərşadın və digərqohumların toyuna gələk...


TƏQVİM / ARXİV