adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Telefon zəngləri

28942 | 2019-02-01 10:53

(Respublikamızın Əməkdar artisti Rejissor MərdanFeyzullayevi düşünərkən)

Bu, təxminən, ikiilin söhbətidir. Bilmirəm, gecəninnə vaxtı idi. Mobiltelefonum zəng çaldı.Ala-sərsəm oyandım. Gecənin qaranlığında telefonumu götürdüm. DanışanMoskva "Dərviş” teatrının təsisçisi, rəhbəri və rejissoru, "Simürq kuklateatrının bədii rəhbəri və baş rejissoru Mərdan Feyzullayev idi. Salamlaşdıq. Oçox sevincək və həyəcanlı bir səslə soruşdu:

-Bilirsən, mən haradayam?

Dedim:-Desən, bilərəm.

Telefonda qürurla gurlayan bir səs dalğalandı:

-Mən Nazim Hikmətin ceviz ağacına dönüb kimsədən xəbərsizbitdiyi Gülxanə parkındayam.

"Gözəlim İstanbul və polis bunun farkında” olmasa da,özüm bunun farkındayam.

Mən özüm də həyəcanlandım:

-"Yarpaq-yarpaq” əllərinlə İstanbulu qucursanmı?"Kıvır-kıvır” kıvırlanıb, pırıl-pırıl uçursanmı? – deyə sual etdim.

Mərdan daha da böyük bir coşqu ilə cavab verdi:

-Lap elə Nazim Hikmətin özü kimi İstanbula "yüz mingöz”lə baxır, "yüz min əll”ə toxunuram. Sinəmdə də sanki "yüz min ürək”döyünür...

Söhbətimiz necə də şirin idi... Çağlayan bulaq kimiaxıb gedirdi...

Bundan bir neçə müddət sonra o mənə "Facebook səhifəsindəNazim Hikmətin məşhur şeirindən aşağıdakı sətirləri yazıb göndərmişdi:

Yaşamaq -

Teslim olmadan,..

Boyun eğmeden,..

El-etek öpmeden

Yaşamaktır!..

Mən də tənbəlliketmədən aşağıdakı sözləri yazıb ona göndərmişdim:

Yaşamaq kişi işidir.

Kişi harada olsa, kişidir.

Moskvada, ya Gülxanə parkında.

Nakişi ola bilmir

yaşamağın farkında.

İstanbulda gəzirsən...

Nazim Hikmət görünür içimndəkiağrında.

Ağrılar yaşanırmış sənin qarabağrında.

***

İradəmizdən asılı olmayaraq, bizi doğmalaşdıran bir çox ortaq məqamlarvardır: eyni kənddə doğulmuşuq, uzaqdan-uzağa qohumuq. Eyni məktəbdə mən müəllim,o, şagird olmuş, mən ondan doqquz yaş böyük olsam da, məndən altı yaş böyükolan həmkəndlimiz, görkəmli türkoloq vədövlət xadimi Aydın Mirsaleh oğlu Məmmədov hər ikimizin yaxın dostuolmuşdur. O zamanın bizim üçün ən böyükhadisəsi Qarabağ məsələsinin ermənicəsinə həlli şəraitində 1990-cı ilin 20Yanvar sindromundan keçib Azərbaycanımızın müstəqillik əldə etməsi idi. Odövrün həyəcanlarını yaşayanlar Aydın Məmmədov fenomeninin kim olduğunu yaxşıbilirlər...

Elə ki, 1991-ci ilin 19 aprelində baş verən avtomobilqəzasında Aydın Məmmədovu itirdik, bu hadisə mənim "Aydın” poemamın yaranmasınasəbəb oldu. Müəllif kimi onu deyə bilərəm ki, məzmun, mündəricə və tarixi həqiqətlərəsədaqət baxımından əsər maraqla qarşılandı. Beləliklə, "Aydın” poeması artıq 1989-cu ildən S. Rəhman adına ŞəkiDövlət Dram Teatrının baş rejissoru olan Mərdan Feyzullayevin rejissorluğu iləŞəki rayonu Kiş kənd orta məktəbinin şagirdlərinin və şəxsən mənim özümünifamızda səhnələşdirildi və 1992-ci ilin 20 apreldə tamaşaya qoyuldu.

Bu hadisədən sonra tez-tez görüşürdük. Söhbətimizinana xətti mənim yazmaqda olduğum "Kötük” pyesi üzərində olurdu. Ali məktəb illəriniçıxmaq şərti ilə bütün həyatım kənd mühitində keçdiyindən Sovet dönəminin kəndmənəviyyatına vurduğu zədələri personajlarımın şəxsində təsvir etmək istəyirdim.Elə o vaxtlardan əsəri yazıb qurtarsam da, onun səhnə həllinə müxtəlif səbəblərdənnail ola bilmədik.

1999-cu ildən MərdanMoskvada yaşasa da, telefonlaşmalarımız bir qayda olaraq davam edirdi. Şəkiyəgəldiyi zamanlarda isə mütləq görüşürdük.

2011-ci ilin yayı idi. Mərdan da, Bakıda yaşayanböyük qardaşı İlham da (Mən də onu böyük qardaş gözündə görürəm) kənddə idilər.Üçlü görüşlərimizdən birində böyük mütəfəkkirşair B.Vahabzadəni xatırladıq. Mərdan dedi: "Mənim Moskvaya gethaget vaxtımidi. O yandan da böyük şairimizin "Dar ağacı” pyesini səhnəyə çıxarmışdım.Deyəndə ki,Moskvaya gedirəm, BəxtiyarVahabzadə həyəcanlandı:-Ay oğul "Darağacı”nı qoymusan, haragedirsən?-deyə sual etdi.”

Əvvəlcə gülüşdük. Sonra da dərin bir fikrə getdik.Daha sonra bu hadisə Mərdana B.Vahabzadənin dili ilə yazdığım şeirə çevrildi:

Əlinlə qurduğun "Dar ağacı”nı,

Səhnədəqoymusan, hara gedirsən?

İllərlə çəkdiyin ağrı-acını

Bəs niyə çəkməmiş dara gedirsən?

Geri dön, çoxsa da asılasılar,

Layiqsiz eləmə dar ağacını!

Qeyrətli adamlar şərəfləndirir

Namus ağacını, ar ağacını.

Ölüylə doludur hər tərəf, hər yan...

Asılıb qalıblar var ağacından.

Baxıb köynək-köynək tər tökür insan,

Utanır boş qalan dar ağacından

Vətənin özüdür bu dar ağacı,

Asılsan, Vətəndən asılmalısan.

Düşüb torpağına üzü qibləyə,

Dikəlib daşında qazılmalısan.

Sonra da Vətənin başının üstə

Böyük hərflərlə yazılmalısan.

***

Şəxsən mənə belə gəlir ki,Mərdanın rejissor kimi ən böyük uğurlarından biri də bir neçə il bundan əvvəlB.Vahabzadənin "Gülüstan” poemasını monopyes şəklində səhnələşdirməsidir.Hamımızın sevimlisi, istedadlı aktyor Şirzad Pirallahinin ifasında səhnə həllinitapan, Moskvada, Sumqayıtda, Şəkidə və digər mədəni mərkəzlərdə tamaşayaqoyulan bu monopyes rejissor Mərdan Feyzullayevin quruluşunda azadlığa təşnəB.Vahabzadə yaradıcılığının genelogiyasını nümayiş etdirirdi. Burada "Gülüstan”və "Şəhidlər” birləşdirilmişdi. Bu poemalardan birinin 1960-cı, digərinin1990-cı ildə yazılmasına baxmayaraq, onların vahid bir süjetə malik olub,birinin digərinin davamı kimi ərsəyə gəldiyi görünürdü. Bu, əsil rejissor kəşfiidi. "Gülüstan” və "Şəhidlər” poemaları arasında Şəhriyarın, Məmməd Arazın, XəlilRza Ulutürkün istiqlal şeirlərindən parçalar verilməsi və onların "Gülüstan” və"Şəhidlər” axarında məharətlə birləşdirilməsimilli qeyrətin, işgüzarlığın və istedadın, bir sözlə, şüurları oyandıra biləcəkşeirimizin və istiqlal poeziyamızın təntənəsi kimi səslənirdi.

Əlbəttə ki, yaşadıqca illər və hadisələr bir-birini əvəzetdi. Bir gün "Facebook”-da belə bir qeydə rast gəldim:"Vaqif müəllim, sən mənim beynimdəsən! Səndə şairolmamaq da günahdır, ay Kiş kəndi!!! Məndən Tovla qayasına salamde!09.07.2015. Mərdan Feyzullayev.

Tovla qayası bizim Kiş kəndi ilə üzbəüz dayanan dağın–Marxalın ayağından başınacan ucalan və ucaldıqca genişlənən möhtəşəm və dağınözü boyda bir qayadır. Onda mən yenə dəMərdan salamının ünvanına çatdırılmasına tələsdim:

"Məndən Tovla qayasına salamde!”

– Baş üstə!

"İstəyirəm qadasını alam, de!”

– Baş üstə!

"Qayam məni salammasa yadına,

Deyərsən ki, qurban olum adına,

Yadındamı, oturmuşduq daş üstə?

Uşaq idik, Böyük çayabaxırdıq,

İllər keçib, yaş gəlibdir yaşüstə,

Böyük çaya qoşulurduq,axırdıq.

Duman vardı qayadakı qaş üstə.”

Dedim:- Vardır salamın da sayasası.

Durub getdim ...Bu da - Tovla qayası...

Qoyubdur Xan yaylağına başını...

Bardaş qurubMarxaldakı daş üstə.

Dedim: - Sənə Mərdan bəydən salam var.

Dedi: - Bəli, qəriblikdə balam var.

Salamı da, kəlamı da baş üstə.

Ürəyimiz boşalınca danışdıq.

Ayrı şeymiş dağla, daşla tanışlıq.

***

Rejissor dostum 2015-ci ilin ortalarında o mənə həmtelefon, həm də kompüter vasitəsi ilə gözlənilməz bir təklif etdi. O, SəmədVurğunun "Vaqif” pyesini yeni motivlər üzrə səhnəyə qoymaq istəyirdi. Düzü, butəklifdən şaşırdım. Bu sadə iş deyildi. Qanadlı poeziyamızın az qala son həddihesab etdiyim Səməd Vurğun şerinin poetik ruhuna xələl gələcəyindən qorxurdum.Mərdan isə məni ruhlandırırdı. Belə razılaşdıq ki, o, yeni motivlər olacaq səhnələrinecə görmək istəyirsə, onları nəsrlə təsvir etsin, mən də şeirə çevirim. Göndərdiyihissələrlə tanış olduqca belə bir qənaətə gəldim ki, Mərdan "Qarabağnamə”ləri dəfələrləsətir-sətir oxuyub , mühakimə və müqayisə süzgəcindən keçirmişdir.

İşə başladıq... Bir ilə yaxın bir müddət beləcəkeçdi. 2016-cı ilin yanvar ayının əvvəllərindənetibarən gəlib Şəki Dövlət Dram Teatrının qonaq otağında yerləşən Mərdan"Vaqif” pyesi üzərində gərgin və fasiləsiz işə başladı. İlk dəfə idi ki, ŞəkiDövlət Dram Teatrının aktyorları nəzm ilə tamaşa göstərəcəkdilər. Bu məsul işinöhdəsindən gəlmək üçün bir olmaq, birgə olmaq lazım gəlirdi. Demək olar ki, hərgün görüşürdük.

İşin daha bir üstün və ümidverici cəhəti onda idi ki,aktyorların çoxu Mərdanın keçmiş dostları idilər. Aktyorlardan Xanlar Həşimzadənin,Əbülfət Salahovun, Akif Yusifovun, Aydın Əlibalayevin və başqalarının işə dərinbir məsuliyyətlə yanaşmaları Mərdana olan hörmət və sevginin təzahürü kimiözünü göstərirdi. Nəhayət, gözlənilən gün gəlib gəlib çatdı. 2016-cı ilin 12mart günü necə də həyəcanlı idi...

Premyeraya Səməd Vurğunun gəlini- mərhum Vaqif Səmədoğlununhəyat yoldaşı Nüşabə xanım Vəkilova-Babayevavə Səməd Vurğunun nəvəsi-Yusif Səmədoğlunun qızı gəlmişdilər.Tamaşaqeyri-adi bir həyəcanla və sürəklialqışlarla başa çatdı. Səməd Vurğun ocağının gəlini Nüşabə xanım Vəkilova-Babayevanınsevinc yaşları heç vaxt mənim yadımdan çıxmayacaqdır. O, aktyor heyətinə,xüsusilə rejissor Mərdan Feyzullayevə minnətdarlığını elə bir səmimiyyətləbildirdi ki, o səmimiyyətə baş əyməmək mümkün deyildi.

"Vaqifpyesinin premyerasından sonra. Soldan:Vaqif Aslan, Ramiz Orsər,Hikmət Nəbiyev,S.Vurğunun gəlini Nüşabə xanım Vəkilova-Babayeva, rejissor Mərdan Feyzullayev,S.Vurğunun nəvəsi, Şirzad Pirallahi, Mirbala Səlimli.

***

Mərdanın daha bir xüsusiyyəti dostları və yaxınlarıilə fəxr etməsi idi. "Vaqif” pyesinin uğurlu səhnə həllindən sonra o daha daruhlanmışdı. Yaxınlarına baş çəkir, dostları ilə görüşürdü. Bu görüşlərdəyaddaşlar və xatirələr oyanır, göz və könül xoşluğu yaşanırdı.

O hər şeydən əvvəl valideynləri və qardaşları ilə fəxredirdi. Axı, onlar sadə, səmimi və xeyirxah adamlar idilər. Xüsusilə II Dünyamüharibəsinin odu və alovları arasından keçib gələn atası həyat məktəbi qədər zənginidi. Necə fəxr etməmək olardı?

2016-ci ilin 9 Maygünü Moskvada yaşayan Azərbaycanlılar IIDünya müharibəsi ərəfəsində o zamankı SSRİ-ni müdafiə edən valideynlərininportretlərini başları üzərində tutaraq Qızıl Meydana nümayişə çıxmışdılar.Onların arasında Mərdan Feyzullayev dəda var idi. O, "Xocalı faciəsi: tarixi uzaq deyil” (Ходжалинская трагедия:сроку давности не подлежит. Тула, 2007.) kitabının müəllifi, həmyerlimiz Cəfər Sadiqlə yanaşıaddımlayırdı. Cəfər Sadiq dostu Mərdanın atası Qafıl oğlu Əhmədiyyənin portretinibayraq kimi yüksəklərə qaldırmışdı. Kəndi, şəhəri və ölkəsi, ata-anası, qohum –qadaşı və ətrafı ilə fəxr edən bu insanlar dünyanı iblislikdən xilas edən əsilqəhrəmanlar kimi görünürdülər. Onlaraqibtə etməmək mümkün deyildi. Facebook-da onları izlədikcə qət etdim ki, xoşbəxtliyin bünövrəsindəsüd və sümük halallığı durur. Haqqa və ədalətə arxalananlar yenilməz olurlar.

Faşizm üzərindəki qələbənin71 illiyi Azərbaycan və Azərbaycanlılar üçün iblis üzərində qələbə simvolundaidi. Onların baxışları haqsızlığa və qədirbilməzliyə tuşlanan lazer şüalarınıxatırladırdı.

Baxdım,baxdım doyunca.
Mənə elə gəldi ki, Qızıl Meydan boyunca
Dolaşıraddım-addım ruhu veteranların...
Mənası sözə sığmır həyəcanlı anların.

Ruhlar övladlarının durmuşdu başı üstə.
Sanki yaş gəlməmişdikimsənin yaşı üstə.

Canlanmışdı onların dayanmış həyatıda.
Dayanmışdı, elə bil, Kremlin saatı da.

Süzürdü busəhnəni heyrət içində hamı.
Gələcəyə üz tutan möhtəşəm izdihamı.

Sinəsi medallı, döşləri nişanlı,şöhrətli və şanlı ata-anaların övladları başları üzərində bayraq kimitutduqları portretlərlə sanki demək istəyirdilər: "Dünya, sən xoşbəxt olasandeyə doğulmuşuq!”

***

Bundan bir ay sonra "Vaqif” pyesinin paytaxtdaoynanılacağı xəbərini eşitdik. Mərdan Moskvadan, mən isə Şəkidən Bakıya yoladüşdük. Bakıda görüşdük. Yeni motivlər üzrə yazılan "Vaqif”in paytaxtda necəqarşılanacaığı məni daha çox maraqlandırırdı. Axı, o yeni motivləri mən nəzmə çəkmişdim...

2016-cı il iyun ayının 7-si və 8-də Bakıda MusiqiliTeatrda səhnəyə qoyulan "Vaqif” pyesi yenə də tamaşaçı rəğbəti qazandı. Tamaşailə bağlı rəylər və yazılar da elmisanbalına görə diqqəti cəlb edirdi. Bu-böyük hadisə idi. Səməd Vurğun şəxsiyyətinə hörmət,tarixə və tarixi həqiqətlərə sədaqət burada aparıcı rol oynamışdı.Quruluşçu rejissoru və ssenari müəllifini qonararsızlıq da məqsədə gedən yoldanyayındıra bilməmişdi.

Sabir Rüstəmxanlı, Asif Rüstəmli, Ədalət Tahirzadə,Əli Əmirli, Fəxrəddin Meydanlı, Ənvər Əhməd, Ələddin Əsədzadə kimi ziyalılarınrəğbətini qazanmış tamaşa KİV-in gündəmində özünəməxsus yer tutmuşdu. Mərdanınmərdanəliyinə və rejissor cəsarətinə heyran qalanların sayı çox idi.

Bakıda olan görüşlərimizdə Mərdan yenidən neçə ilbundan qabaqkı söhbətimizə qayıtmış, "Kötük” pyesini tamaşaya qoyacağını,"Hüseyn xan Müştaq” üzrə film çəkmək fikrində olduğunu təkrar-təkrarvurğulamışdı. Əlbəttə ki, mən bundan çox sevinmişdim...

***

Bu isə, təxminən il yarım bundan əvvəlin söhbətidir. Yenə də gecə idi. Yenə də telefonum zəngçaldı. Götürdüm. Danışan İlham Feyzullayevdi.İlham bura qədər təsadüf etmədiyim qəribə bir intonasiya ilə danışırdı:

-Gecənin buvaxtı sənə zəng edirəm. Dərdimi dağıtmağa, hüznümü bölüşməyə adam axtardım.Ağlıma birinci sən gəldin.

-Böyükqardaş, axı, nə olub?

-Mərdandünyasını dəyişib.

Söz tapabilmədim. Sarsıldım. İşıqları söndürülmüş otaqda dünya başıma fırlandı.

Şəki, Kiş kəndi

TƏQVİM / ARXİV