Əbülfət Mədətoğludan yeni şeir: HƏSRƏT
Mən dəqiq bilirəm , bitəcək bir gün -
İçimi , çölümü göynədən həsrət...
Çəkilib gedəcək , tamam - büstbütün -
Məni qəm çəkməyə öyrədən həsrət...
Yaddaş ələnəcək , gün üyünəcək
Dil bir ad deyəcək , qəlb döyünəcək...
Sözlər bir - birinə çəp düyüləcək -
Dönəcək mövzuya köhnədən həsrət...
Olmusan həmişə canlı yayımda -
Ötüb baharın da , keçib yayında...
Önündə dayandım payız ayında -
Dəymədin . göy oldun , göy , nədən həsrət?
Demirəm naşısan , seçə bilməzsən
Yanından bir şəhər köçə , bilməzsən...
Yüz illik dostumsan , keçə bilməzsən -
Sən mənim qapımı döymədən , həsrət!