adalet.az header logo
  • Bakı 18°C
01 Fevral 2019 09:35
3310
HADİSƏ
A- A+

“Babək” prospektində növbəti çökmə? - Maşın çuxura düşdü

Təmirinə 20 milyon manatdan çox vəsait sərf edilən və ötən ilin dekabr ayında istifadəyə verilən "Babək" prospektinin daha bir hissəsində xoşagəlməz hadisə baş verib.

Modern.azxəbər verir ki, "Yeni Günəşli” qəsəbəsindən üzü "Xalqlar Dostluğu” metrostansiyasına doğru gedən hissədə, prospektin Elşən Süleymanov küçəsilə kəsişməsində qazılan çuxur hərəkətdə olan maşınlara problem yaradıb.

Fevralın 1-nə keçən gecə həmin ərazidə hərəkətdə olan minik avtomobili çuxura düşüb. Daha sonra çuxura düşən maşın oradan çıxarılıb.

Sosial şəbəkələrdə və mətbuatda bu hadisə növbəti çökmə hadisəsi adlandırılıb.

Hazırda ərazidə təmir-bərpa işləri aparılır.


Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə "Babək" prospektinin yenidənqurma işlərinə 2018-ci ilin dövlət büdcəsindən 20,1 milyon manat vəsait ayrılmışdı.

Qeyd edək ki, yenidənqurma işləri zamanı yeraltı kommunikasiya xətlərinin çəkilişi digər qurumlarla birgə aparılıb, prospekt boyunca 4 km-ə yeni yaxın kanalizasiya kollektoru, 1000 və 800 mm diametrli polad borularla 7 km uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 km uzunluğunda paylayıcı kəmərlər olmaqla, ümumilikdə 30 km-ə yaxın su xətti çəkilib.

Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub.