adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
31 Yanvar 2019 17:33
5847
MƏMLƏKƏT
A- A+

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Azərbaycanda növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Adalet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 2-də gündüz və 3-də şimal-qərb küləyinin 15-18 m/s olacağı, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Fevralın 2-3-də bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.