adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
31 Yanvar 2019 16:39
8843
SİYASƏT
A- A+

Parlament fevralda 3 iclas keçirəcək

Milli Məclisin fevral ayında keçiriləcək iclaslarının vaxtı müəyyənləşib.

Modern.az-ın parlamentdən əldə etdiyi məlumata görə, fevral ayında Milli Məclisin 3 plenar iclası keçiriləcək.

Belə ki, sabah – fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk iclası keçiriləcək. İclasın gündəliyinə isə 38 məsələ daxil edilib.

Yaz sessiyasının ilk iclasında Milli Məclisin 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planını təsdiq ediləcək, parlamentin Hesablayıcı komissiyasının, İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında məsələyə baxılacaq. Həmçinin Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, "Əhalinin sağlamlığının qorunması haqqında”, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, "Azərbaycan Respublikasında dövlət dili haqqında”, "İnzibati icraat haqqında”, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, "Avtomobil nəqliyyatı haqqında”, Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” və s qanun layihələrinə dəyişikliklər ediləcək.

Bundan əlavə isə fevralın 12-i və 22-də də parlamentin növbəti plenar iclaslarının keçirilməsi nəzərdə tutulub.