adalet.az header logo
  • Bakı 18°C
31 Yanvar 2019 14:36
13074
DÜNYA
A- A+

PUTİNİN «AŞPAZI» TRAMPI PREZİDENT SEÇİB?

ABŞ-ın xüsusi prokuroru Robert Müller Pütinin şəxsi aşpazı Yevgeni Priqojinin 2016-cı ildə Amerikada keçirilən prezident seçkilərinə müdaxilə etməsi ilə bağlı məxfi materiallarla tanış olmasına etiraz edib. Bununla bağlı Müller Kolumbiya dairə məhkəməsinə müvafiq etiraz məktubu göndərib.

«Putinin aşpazı» hələ 2018-ci ilin dekabrında ona məxsus olduğu iddia edilən «Konkort» şirkətinin rəhbərlərinə, əməkdaşlarına və şəxsən özünə qarşı məhkəməyə təqdim olunmuş sənədlərin açıqlanmasını xahiş etmişdi.

Məhkəməyə göndərilən Ədliyyə Nazirliyinin xüsusi prokuror tərəfindən imzalanmış məktubunda bildirilir ki, ABŞ hökumətinin əlində ciddi əsaslar var ki, bəzi sənədlərin açıqlanması ölkənin təhlükəsizliyi riski baxımından mümkün deyil. Xüsusi prokuror bildirir ki, internetə qoşulmayan kompüterlərdə saxlanmasına baxmayaraq, istintaq zamanı əldə edilmiş mindən artıq məxfi sənədlər hansı yollarlasa sosial şəbəkələrə çıxarılıb.

Məhkəmənin qərarına əsasən, xüsusi qaydalara görə, məhkəmə sənədləri ilə yalnız yerində tanış olmaq olar. Bu sənədlərin və məlumatların ölkədən kənarda yayılması qadağandır. Ona görə də Priqojinin özü ABŞ-a gəlməli və materiallarla məhkəmənin binasında tanış olmalıdı. «Baş aşpaz» isə şəxsi məsələləri baxımından Amerikaya gedə bilməyəcəyini bildirib.

Müllerin qənaətinə görə, Priqojin və onun şirkətləri hələ 2014-cü ildən ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə edərək seçkiqabağı manifestlərin təşkil olunması və bu manifestlərdə ABŞ vətəndaşlarının iştirak etməsi üçün külli miqdarda vəsait xərcləyib.

MEHRİBAN