hacklink Adalet.az | Xadimi işlədiyi evdən oğurluq etdi Adalet.az | Xadimi işlədiyi evdən oğurluq etdi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Xadimi işlədiyi evdən oğurluq etdi

8156    |   2019-01-31 12:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı şəhər sakini Natəvan Ağayeva Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, 2018-ci ilin oktyabr ayında F.X.Xoyski küçəsində Rəvana adlı tanışına qohumunu işə düzəltmək adı ilə 500 manat verib.

Bu haqda Adalet.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Amma həmin şəxs pulu əldə edəndən sonra vədinə əməl etməyərək onu dələduzluq yolu ilə aldadıb.

Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Rəvana Babayeva saxlanılıb. O, izahatında etdiyi cinayəti etiraf edib.

Saxlanılan şəxsin ətrafında keçirilən əlavə tədbirlərlə onun digər cinayətinin də üstü açılıb. Belə ki, araşdırma zamanı R.Babayevanın xadimə kimi işlədiyi Nərimanov rayonu A.Alı küçəsində yerləşən mənzildən 1000 ABŞ dolları və 1 ədəd dəyəri 3000 manat olan xalça oğurladığı da məlum olub. Saxlanılan şəxs oğurladığı xalçanı 1200 manata satıb.

Qeyd edilən faktla bağlı 18-ci Polis Şöbəsində saxlanılan şəxs barəsində toplanan materiallar araşdırılması üçün Nərimanov RPİ-nin İstintaq şöbəsinə göndərilib.

Oğurluq və dələduzluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102” Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-ci PŞ-nə müraciət edə bilərlər.




İmza:

İstanbuldan gələn sərnişinin baqajından patronlar çıxdı

Astarada dəhşətli QƏTL: Həmyerlisini evinə çağırıb öldürdu, sonra isə yandırdı

Bakıda bacı-qardaşı naməlum şəraitdə bıçaqlayan şəxsin kimliyi bilindi - YENİLƏNİB

Bibisinin evindən "dəstə yoldaşlar"ı ilə oğurluq edən qadın saxlanıldı

Ağdamda baş verən güllələnmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycanlı ailə Rusiyada adam oğurladı

Şabranda maskalı şəxslər qadının evinə silahlı basqın etdi

Gəncədə 31 ədəd aviabomba tapılıb

Avtobusun yük hissəsindən 5 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb

Bakıda kafenin qarşısında qadını amansızlıqla öldürən şəxs tutuldu

Narkotik satan keçmiş məhkum tutuldu

Bakıda kürəkən qaynını bıçaqladı

SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO