adalet.az header logo
  • Bakı 21°C
31 Yanvar 2019 12:39
16353
İQTİSADİYYAT
A- A+

SOCAR Alman şirkətini vurub Türkiyədən çıxartdı

SOCAR-ın Alman enerji şirkəti EWE AG-ın Türkiyədəki holdinq və qrup şirkətlərini aldığı bildirilir. Alman nəhəngi EWE 2007-ci ildə girdiyi Türkiyə bazarından çıxır.

Rövnəq Abdullayevin dediklərinə görə, təbii qaz paylanmasında EWE holdinq Türkiyədəki zəncirini tamamlayan önəmli xalqalardan biridir.

O həmçinin qeyd edib ki, Azərbaycanın qlobal markası olan SOCAR 2013-dən bu yana Türkiyə bazarına 1,2 milyard kubmetr təbii qazın topdan satışını gerçəkləşdirir. Keçən il fəaliyyətə başlayan TANAP proyekti ilə Azərbaycandan gələn təbii qazın paylanmasını təşkil edirik. EWE-nin Türkiyədəki şirkətinin alınması ilə Türkiyədə təbii qazın istehsal, istehlak zəncirinin bütün halqalarını tamamlayan, vacib, strateji bir addım atmış olduq. Bu addım Türkiyə və Azərbaycan iqtisadiyyatına əlavə dəyə qazandıracaq. Qarşıdan gələn illərdə bazardakı digər fürsətləri dəyərləndirməyə davam edəcəyik.

Qeyd edək ki, 2007-ci ildə Türkiyədə fəaliyyətə başlayan EW Türkiyənin dördüncü böyük təbii qaz tədarükçüsü idi.