adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
31 Yanvar 2019 10:29
11488
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: GÖYƏRSİN...






















Getmək istəyirəm özümdən uzaq
Elə bir yerə ki , ahım göyərsin...
Orda nə od olsun . nə də ki sazaq -
Ahıma mən özüm baxım - göyərsin!..

Ürəyim şum yeri - olubdu lək -lək...
Nə zaman istəsən baxıb şəklin çək!..
Dolub için -için , çaxıb şimşək tək -
Arada üstünə yağım - göyərsin,,,

Budana - budana tək bir qanadam
Mən də br az tərsəm, bir az inadam...
Bilmirəm özümü necə anladam -
Üzümə yaz gülsün , bağım göyərsin...

Cismim bütövsə də . ruhum paradı
Gözümün yaşı da onu aradı...
Hər gün qaysaqları qopan yaradı -
Yurdsuzluq , gəl ovut , dağım göyərsin...