adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
31 Yanvar 2019 10:14
4310
GÜNDƏM
A- A+

Ehtiyat zabitlərinin hazırlanması qaydaları dəyişdi

Mülki ali təhsil müəssisələri tələbələrinin ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlığa dəyişiklik edilib.

Adalet.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, "Mülki ali təhsil müəssisələri tələbələrinin ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlığı haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 fevral tarixli qərarının 1-ci hissəsi (Mülki ali təhsil müəssisələri tələbələrinin ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlığı Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün ehtiyat zabitlərinin hazırlanması məqsədi ilə keçirilir) ləğv edilib.