adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
30 Yanvar 2019 19:10
11570
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: GÜNÜMÜN GERÇƏK ÜZÜ

Tənhalıqdı , sükutdu
İçim , ruhum su uddu...
Bu da bir cür sübutdu -
dəliliyə...

Ahdan çəpər çəkirəm
Çəpərə qəm əkirəm...
Mən o , gündən vəkiləm -
dəliliyə...

Gecəm - yaxası sökük
Günüm - dizləri bükük...
Ürəklə birgə çökdük -
dəliliyə...

Daşdan - daş ayrılan tək
Gözdən yaş ayrılan tək ...
Döndüm yaşanılan , tək -
dəliliyə!

Göynəyən tərəfim sol...
Qalıbdı , arxayın ol
Qaşla - göz arası yol -
DƏLİLİYƏ!