adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Yanvar 2019 18:31
5602
MƏMLƏKƏT
A- A+

“Cəmiyyətin səsi” layihəsinin icrasına başlanılıb

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə XI qrant müsabiqəsinin qalibi Diana Seyidovanın "Cəmiyyətin səsi” adlı fərdi layihəsinin icrasına başlanılıb. Layihənin əsas məqsədi cəmiyyətdə olan stereotiplərdən, ictimai qınaqdan, gender bərabərsizliyindən qaynaqlanaraq meydana gələn müxtəlif sosial problemlərin həllinə yardım etmək, insanları daha tolerant dəyişikliyə, fərqliliyə açıq olmağa dəvət etməkdən ibarətdir.

"Cəmiyyətin səsi” layihəsi Azərbaycan Dillər Universitetində baş tutub. Layihənin ilk qonağı Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu olub. Bu gün ixtisasından asılı olmayaraq hər kəsin natiqliq bacarığının olmasının vacibliyini vuğulayan Orxan Fikrətoğlu "Nitq Mədəniyyəti” təlimi keçib və daha sonra layihə iştirakçılarının hekəyələrini dinləyərək onlara nitqlərində olan qüsurları bildirib.

Günün ikinci yarısında təlimçi Şahin Rəhmanlı storytelling haqqında geniş məlumat verib. İştirakçılar II mərhələdə ssenariləşdirəcəkləri həyat hekəyələrinin forması haqqında ilkin məlumatlar əldə ediblər.

Qeyd edək ki, layihə cəmiyyətdə baş verən gender bərabərsizliyi, ictimai qınaq, önyarğı və s. kimi sosial problemləri əhatə edən hekayələri ictimaiyyətin diqqətinə çatdırmaq məqsədi ilə həyata keçirilir.

Layihə çərçivəsində I mərhələdə nitq mədəniyyəti, storytelling, emosiyaların çatdırılması, daxili obraz təlimləri peşəkar aktyor və təlimçilər tərəfindən keçirilir. II mərhələdə layihə iştirakçıları ölkədə sosial problemləri araşdıracaq, sosial problemləri olan insanların həyat hekayələri ssenariləşdiriləcək. Yekun olaraq isə həmin hekayələrin videoçarxlarının çəkilməsi, təqdimatı və sosial şəbəkələrdə yerləşdirməsi nəzərdə tutulub nəzərdə tutulub.