Qadın güləşçilərimiz Fransada yarışacaq
Yanvarın 16-dan Türkiyənin Kayseri
şəhərində yerli komanda və Rumıniya yığmasıyla birgə təlim-məşq toplanışı keçən
qadın güləşçilərimizdən ibarət millimiz 2019-cu ildə ilk yarışına çıxacaq.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, fevralın 1-3-də
Fransanın Nitse şəhərində keçiriləcək "Qran-pri"də ölkəmizi baş
məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan
Nəsirova (50 kq), Anjela Doroqan, Tatyana Varansova (hər ikisi 53 kq), Alyona
Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina
Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) təmsil edəcək.
Qeyd edək ki, III dərəcəli beynəlxalq hakim Bəşir İsazadə ənənəvi turnirdə
ədaləti qoruyacaq.
Digər Xəbərlər
18 Aprel 2024 12:03