adalet.az header logo
  • Bakı 16°C
30 Yanvar 2019 17:47
10975
MƏMLƏKƏT
A- A+

Gənc leytenantlar Azərbaycan Ordusunda xidmətə başlayıblar


Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Ehtiyat Zabit Hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək müdafiə nazirinin əmri ilə leytenant hərbi rütbəsi verilən gənc zabitlərin növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, öncə ümummilli liderHeydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra AzərbaycanınDövlət himni oxunub.

Tədbirdə çıxış edənlər kursu bitirən məzunları leytenant ilk zabit rütbəsinə layiq görülmələri münasibətilə təbrik edərək onlara xidmətdə uğurlar arzulayıblar.

Sonda kursu müvəffəqiyyətlə bitirən kursantlara leytenant poqonları və sertifkatlar təqdim olunub.