adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Yanvar 2019 17:31
12977
KRİMİNAL
A- A+

Həmyerlisini bıçaqlayan şəxsin cəzası azaldılıb


ŞirvanApellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilənMamed Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Adalet.azın xəbərinə görə, hakimEtibar Camalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, M.Əliyev apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, onun 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib.

Qeyd edək ki, hadisə 2018-ci il martın 21-də, Novruz Bayramı günü Ağcabədi rayon Taxta körpü qəsəbəsi H.Əliyev prospektində baş verib. Həmin ərazidə M.Əliyev sərxoş vəziyyətdə öz mobil telefonu ilə yüksək səslə danışarkən həmyerlisiCahil Əlvəndovona irad bildirib. Daha sonra hər iki şəxs arasında mübahisə düşüb.Bu zaman C.Əlvəndov M.Əliyevin sifət nahiyyəsinə yumruq zərbəsi vurub. M.Əliyev isə üzərində gəzdirdiyi bıçaqla onu bir zərbə endirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əliyev 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.