adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
30 Yanvar 2019 17:26
14274
SİYASƏT
A- A+

YAP-ın yeni inzibati binasının tikintisinə xərclənən vəsaitin həcmi açıqlanıb

YAP-ın yeni inzibati binasının tikintisinə xərclənən vəsaitin həcmi açıqlanıb

HakimYeni Azərbaycan Partiyasının (YAP) yeni inzibati binasının tikintisinə xərclənən vəsaitin həcmi açıqlanıb.

Adalet.azın xəbərinə görə, partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında YAP-ın ötən ilə dair gəlirləri və xərcləri barədə hesabat verilib.

Bildirilib ki, 2018-ci ildə Yeni Azərbaycan Partiyasının gəlirləri9milyon413min1manat olub.

Qeyd olunub ki, hesabat ilinin əvvəlinə partiyanın cari və ehtiyat hesablarında6milyon446min14manat olub.

"Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin4 671 869manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə,633 991manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına,184 197manatı ezamiyyə xərclərinə,447 067manatı inventarların alınmasına,6 882 258manatı Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının tikintisinə,232 863manatı təmir işlərinə,453 255manatı kommunal və təsərrüfat xərclərinə,288 019manatı yanacaq və avtomobillərə xidmət işlərinə,71 125manatı bank xidmətinə,57 692manatı dəftərxana xərclərinə,33 035manatı çap işlərinə,212 817manatı isə sair xərclərə sərf edilib" - hesabatda əks olunub.