İki maddə ilə axtarışda olan şəxs tapılıb
Qəbələ rayonunda axtarışda olan şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az -a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Vəndam qəsəbə sakini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.3 ( yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə ) maddələri ilə axtarışda olan Cavidan Məhyəddinli Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində saxlanılmış və RPŞ-yə gətirilərək İstintaq bölməsinə təhvil verilib.
Digər Xəbərlər
23 Aprel 2024 20:20