adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
30 Yanvar 2019 15:49
13896
KRİMİNAL
A- A+

Keçmiş məhkum yenidən cinayət törətdi

Yanvarın 28-də axşam saatlarında rayonun Digah kənd sakini Rüstəm Kazımovun bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarəti ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Adalet.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum olunmuş 36 yaşlı Elgün Həsənbəyov saxlanılıb.

O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, R.Kazımova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib. Faktla bağlı araşdırmalar aparılır.