adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Yanvar 2019 15:27
22819
TEXNOLOGİYA
A- A+

Azərbaycan postsovet məkanında ən çox silah alan ölkədir

2017-ci ilin statistik məlumatlarına əsasən, postsovet ölkələri arasında ən çox silah idxal edən ölkə Azərbaycandır.

Adalet.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq İnstitutunun (SIPRI) və Beynəlxalq Bankın 2016-2017-ci ildəki məlumatları əsasında hazırlanan dünyanın silah bazarının ixracatçı və idxalçı ölkələrinin xəritəsində göstərilib. Qeyd olunub ki, Azərbaycan ötən illərlə müqayisədə silah idxalına 7 milyon dollar əlavə vəsait ayırıb.

Ümumilkdə isə Azərbaycan silahların alınmasına 279 milyon dollar xərcləyib. Növbəti yerlərdə qərarlaşan Qazaxıstan silah idxalına 209 milyon dollar, Belarus 145 milyon dollar, Türkmənistan 75 milyon dollar, Latviya 39 milyon dollar, Rusiya 34 milyon dollar, Estoniya 30 milyon dollar, Litva 29 milyon dollar, Ermənistan isə 14 milyon dollar vəsait xərcləyib.