adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
30 Yanvar 2019 15:06
6371
MƏMLƏKƏT
A- A+

“Təməl Kitab” uşaqların sığınacaq mərkəzində oldu

"Təməl Kitab” təhsil nəşrləri ofisinin əməkdaşları Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində olub, orada yerləşdirilmiş uşaqlarla maraqlı gün keçiriblər.

"Təməl Kitab”ın baş redaktoru İlham Rəfiyev uşaqlarla maarifləndirici söhbət edib. İ.Rəfiyev onları oxumağa, öyrənməyə, gələcəyin həkimi, müəllimi, mühəndisi, jurnalisti olmağa həvəsləndirib. Bildirib ki, gələcəkdə kimin hansı sənətə yiyələnəcəyindən asılı olmayaraq, elmə, kamilliyə aparan yol yaxşı təhsildən keçir.

"Təməl-Kitab”ın əməkdaşları - Səbinə Haqverdiyeva və Şəbnəm Məhhərəmova uşaqlar arasında əyləncəli oyunlar keçiriblər. Görüşün sonunda nəşriyyatın məhsulu olan "Dəyərlər aləmi” seriyasından onlar üçün oxunan nağılı maraqla dinləyiblər. Uşaqlara "Təməl Kitab”ın hazırladığı hədiyyə paketləri də paylanıb.