adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
30 Yanvar 2019 15:04
8095
MƏMLƏKƏT
A- A+

“Strateji Menecment Məktəbi” layihəsinin icrasına başlanılıb

Azərbaycan Respublikasının Gənclər Fondu və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə "Strateji Menecment Məktəbi” layihəsinin icrasına başlanılıb.

Layihənin əsas məqsədi ölkəmizdə gənclərin biznes, iqtisadiyyat, xüsusən də idarəçilik sahəsində inkişaf etməsi və gənclərin bu sahə ilə bağlı maariflənməsidir.

Layihənin 1-ci günü layihə rəhbəri Fatimə Məsimlinin təqdimatında layihə haqqında geniş məlumat iştirakçıların diqqətinə çatdırılıb. Daha sonra təlimçi Şahin Rəhmanlının təqdimatında "Strateji Menecment” təlimi baş tutub. Təlimdə layihə iştirakçılarına Strateji plan- daxili zəif və güclü tərəflərin təhlili,Strategiyanın seçilməsi, Strategiyanın həyata keçirilməsi,Strategiyanın qiymətləndirilməsi haqqında məlumat verilib. Həmçinin təlim müddətində , idarəetmə ilə əlaqəli oyunlar və "work shop” təşkil edilib. Layihənin ilk günü təlimçi Azər Əmirovun təqdimatında "Marketinq” təlimi ilə davam edib. Təlim ilkin mərhələdə nəzəri hissədən ibarət olub.

Layihənin 2-ci günü təlimçi Mahir Qara "İnsan resurslarının idarə edilməsi” təlimi haqqında layihə iştirakçılarına geniş məlumat verərək günümüzdə bu sahədə olan fəaliyyətlər və boşluqlar haqqında layihə iştirakçılarını məlumatlandırıb. Günün ikinci yarısında Şahin Rəhmanlının təqdimatında "Biznesə başlamanın yolları” təlimi keçirilib. Azər Əmirovun təqdimatında "Marketinq” təliminin praktiki hissəsi baş tutub.

Layihə 3 ay müddətində davam edəcək və iki mərhələdən ibarətdir.

İlkin mərhələdə gənclərə rəhbərin bilməli olduğu müxtəlif mövzularda peşəkar, təcrübəli təlimçilər tərəfindən təlimlər keçirilir. Təlim mövzuları bunlardır: "Strateji Menecment", "Risk Menecment", "Biznesə başlamanın yolları", "Marketinq", "Büdcə planlaşdırılması", "İnsan Resurslarının idarə edilməsi".

Təlim sessiyaları yekunlaşdıqdan sonra layihə iştirakçıları komandalar şəklində "Strateji Menecment” virtual simulyasiya oyununda yarışacaqlar. Simulyasiya oyunu strateji idarəetmə istiqamətində təşkil olunacaqdır. Komandaların məqsədi virtual bazarda rəqabət aparmaq, düzgün qərarların verilməsini öyrənmək, dəyişən şərtlərə, hadisələrə, qiymətlərə çevik reaksiya verərək, idarə edilən kapitalın artmasını təmin etməkdir. Layihənin həyata keçirilməsi həm gənclərin idarəçilik, analitika, sahibkarlıq, biznes sahələrində bilik və bacarıqlarını artıracaq, həm də gələcəyin rəhbərlərinə - gənclərimizə biznesin idarə olunması sahəsində özlərini sınamağa, təcrübə qazanmağa imkan yaradacaqdır.