adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: ÖLÜMÜNƏ İNANMADIĞIM ADAM

FAİQ QİSMƏTOĞLU
52772 | 2019-01-30 13:56

Eləinsanlar var ki, onlar doğulduğu gündən Allaha dönüşə qədər öz nurlarını,işıqlarını ətrafdakılarına paylamaqdan yorulmurlar. El dilində demiş olsaq, buadamlar bir çörəyini və hətta bir tikəni belə neçə yerə bölməyi bacarırlar. Birtikəni, bir çörəyi bölməyə isə böyük ürək, böyük qəlb lazımdır. Və Allah-Təalada bu böyük ürəyi, bu böyük qəlbi hər adama bəxş eləmir. Ulu Yaradan təmiz ürəyi,təmiz qəlbi də, əməli-saleh insanlara verir. O insanlar ki, nəinki doğmalarına,hətta yadlara belə böyük sevgi və məhəbbətlə yanaşırlar...

HəsənƏrşad oğlu Əliyev də sözün həqiqi mənasında belə bir ağayana, ağsaqqal, işıqlıbir ziyalı olub. Ziyalı sözünü xüsusilə vurğulamaq istəyirəm. Çünki əsl ziyalıtutduğu vəzifə, qazandığı var-dövlətlə deyil, haqq-ədaləti, düzgünlüyü sevməyiilə tanınır.

O,1972-ci ildə Füzuli rayonundakı Böyük Bəhmənli kənd orta məktəbini bitiribBakıya gəlmişdi. Şin zavodunda fəhləlikdən başlayıb sahə rəisi, sex rəisi vəuzun müddət də zavod direktorunun müavini və zavod direktoru olmuşdu. Dəfələrləbir qohum olaraq onun yanına getmişdim. Həmişə fəhlələr deyirdilər ki, biz belədirektor görməmişik. Bizimlə fəhlə işləyəndə necə sadə idisə, sex rəisi olandada, direktor kreslosunda əyləşəndə də elə həmin Həsən müəllimdir. Kim onunyanına gedirsə, dərdini deyə bilirdi. Və dərdini deməmişdən də o sadə və zəhmətkeşinsanların hansı çətinliklərlə üzləşdiyini duyurdu və onlara da əl tuturdu.

Mən çoximkanlı, vəzifəli insanlar tanıyıram. Onların da arasında yaxşı insanlar var.Amma vəzifəsi və imkanı olan, sadəliyi, səmimiyyəti ilə seçilən Həsən müəllim kimi el-obaya yaxınolan adam az tanıyıram. Qohum-əqrəbaya, dost-tanışa elə yaxşılıq eləyərdi ki,onun yaxşılıq elədiyi adamdan savayı heç kəs bilməzdi və bir adamın yanında dademəzdi ki, mən filankəsə bu yaxşılığı elədim; işini aşırdım, cibinə pul qoydum...

Heç vaxtkiməsə borclu qalmağı sevməzdi. Kimsə iynənin ucu boyda yaxşılıq eləsəydi, Həsənmüəllim bu yaxşılığı yüz dəfə geri qaytarandan sonra özünü rahat hiss eləyərdi.Və elədiyi yaxşılığın əvəzini heç vaxt ya doğmalardan, ya da yadlardan qətiyyəngözləməzdi. O, bu dünyada özünə çox böyük əməli-saleh işlər qazandı. İnanın,onun elədiyi yaxşılıqlar hamısı bir-bir övladlarına, nəvələrinə qayıdacaq. Və həmişədə deyərdi ki, mən yaxşılığı kimin üçünsə deyil, axirətim üçün eləyirəm...

O, qohumkimi, eloğlu kimi, yaxşı insan kimi bəhmənlilərin qəlbində sağlığında özünə çoxböyük heykəl qoyub. Bəhmənlidə elə bir xeyir-şər olmazdı ki, Həsən müəllim ordaiştirak eləməsin. Hətta xəstə olub yas yerlərinə gələ bilməyəndə belə sonradankəndə gələr, mollanı götürüb qapı-qapı gəzər, rəhmətə gedənlərə "Yasin”oxutdurardı. Özü Bakıda yaşasa da, orda işləsə də ürəyi həmişə bu ellə, buobayla döyünərdi.

Bizim kənddənBakıda çox imkanlı adamlar olublar və bu gün də çoxdur. Amma onların arasında kəndinxeyrinə-şərinə yarayan 4-5 ziyalı insan var: rəhmətlik Həsən müəllim, Əyyub həkim,Seyid Əbdürrəhim, Azad müəllim, Kamranmüəllim və bir də mənim qardaşım Elxan! Onlar hər biri bu kəndin xeyrində-şərindəbütün qapılarda olublar. Düzdür, mən də xeyrə-şərə gedirəm, ancaq onlar qədərhamıya yarıya bilməmişəm.

Həsən müəllimnə qədər böyük imkana və vəzifəyə malik idisə, bir o qədər də sadə və səmimiidi. Heç kimin nöqsanını, çatışmazlığını deməkdən çəkinməzdi. Hətta mənim özüməbir neçə dəfə iradını bildirmişdi. Mən də görürdüm ki, o düz deyir və düz dəyol göstərir. Dediklərini də qəbul eləyirdim...

O, çox vətənpərvər,millətini, xalqını sevən ziyalı idi. Meydan hərəkatında öncüllərdən biri idi. HəttaMərkəzi Komitənin 1-ci katibi Əbdürrəhman Vəzirov bir dəfə onun adını çəkmişdi.Demişdi ki, Füzulidən bir Həsən var, gedib qoşulub müxalifətə və camaatı mənəqarşı qaldırır. Sonradan nə qədər onu incitdilər. Ancaq Həsəni heç kəs azadlıqvə müstəqillik yolundan çəkindirə bilmədi. Çünki Həsən hansı yolla gedirdisə, oyol haqqın, ədalətin və Allahın yolu idi...

1990-cıildə Qarabağda vəziyyət daha da ağırlaşdı. Bax, onda mən Həsən Əliyevin bir dahanecə böyük vətənpərvər ziyalı olduğunu gördüm. Elə bir həftə, elə bir ayolmazdı ki, Füzuliyə maddi cəhətdən kömək eləməsin. O, döyüşən hərbçilərimizə,könüllülərə maşın-maşın ərzaq daşıyardı, silah-sursat aparardı. Ancaq bu barədəyenə heç kimə bir söz deməzdi. 1991-ci ilin aprel ayı idi və Füzulinin də ağır günü idi. İcrahakimiyyətinin başçısı Nofəl Qasımovun kabinetində oturub söhbət edirdik. Buvaxt köməkçi gəldi, başçıya dedi:

-Bakıdan Həsən müəllim çoxlu ərzaq və sursat gətirib, sizin qəbulunuzdadı.

Başçıdilləndi:

-Buraxın, gəlsin içəri!

Həsən müəllintövşüyə-tövşüyə kabinetə daxil oldu və onu görən kimi hər ikimiz ayağa qalxdıq. Əynində hərbipaltar vardı. Çox yorğun görünürdü, amma bu yorğunluğu qətiyyən bildirmək istəmirdi.Diqqətlə bizə baxdə və sonra sakitcə bildirdi:

- Bilirəm,rayonun ağır günüdür, xeyli ərzaq və sursat gətirmişəm. Dedim sizinlə görüşüm,kimə lazımdırsa verək.

Bayaqkıyorğunluqdan başçının sifətində birdən-birə rahatlıq yarandı:

- Çoxsağ ol, elə aparıb həmişə verdiyiniz könüllülərə verin. Onların həm paltarıyoxdu, həm də ərzaqları azalıb. Silah-sursatları da onlara verin. Amma yaxşı olardı ki, gedək səninlə bir tikə çörəkkəsək.

Həsən müəllimözünəməxsus bir təmkinlə:

- Təklifinizəgörə çox sağ olun! Təcili Bakıya qayıtmalıyam. Dedim elə bir eloğlu kimi mən dəbu ağır gündə rayonda olum və kömək eləyim. İndi çiynimdən yük götürüldü. Allahqoysa, ara sakitləşsin, gələn dəfə gələndə əyləşib bir tikə çörək kəsərik.

O, bunudeyib bizimlə xudahafizləşdi və kabinetdən çıxdı. Sonra dəfələrlə yenəFüzulinin ağır günündə Həsən Əliyev döyüşən könüllülərə elə birbaşa səngərdəmaddi köməklik göstərdi.

Onunbacanaqları da vardı: Sabir, Məhərrəm, İmran, Hafiz, Veysəl. Sabir müəllim də,Məhərrəm müəllim də, İmran müəllim də çox yüksək vəziflərdə işləyirdilər. Həsənmüəllim onların hamısı ilə mehriban idi. Ancaq Hafizlə hamıdan çox dostluq eləyirdi.Hafizin vəzifəsi olmasa da, çox böyük ürəyi var və halal zəhmətlə, əkin-biçinlətəsərrüfatla ailəsini, balalarını dolandırır. Sözümün canı odur ki, Həsən müəllimxeyirdə-şərdə o vəzifəli bacanaqların yanında deyil, həmişə Hafizin yanında əyləşərdi.Və deyərdi ki, Hafiz hər şeyi zəhmətlə, alın təriylə qazanıb. Və mən də onun yanında oturanda özümü daharahat hiss eləyirəm.

O, çox qəribəadam idi. Nə ağrısını-acısını, nə də dərdini, kədərini heç kəsə bildirməzdi. Cəmibir dəfə ürəyindən əməliyyat olunanda qardaşım Elxanla Gömrük Hospitalında onunyanına getmişdik. O da yüz dəfə razılıq elədi, "əziyyət çəkmisiniz” – dedi. Özühamımızın çətin günündə yanımızda olardı və yastığımızın altına da pul qoyubgedərdi. Mən dəfələrlə əməliyyat olunmuşam, hardan xəbər tutub bilməmişəm, birdə görmüşəm başımın üstündədir. Zarafatlaşıb, "yastığın yüngül olsun” – deyib,balışın altına pul qoyub. Özünün isə xəstəliyini heç kəsə bildirməzdi. Mən də hərdəfə ona irad tutardım, "niyə bizə bildirmirsən?” - deyib gileylənərdim. O da özünəməxsus birağayanalıqla bildirərdi: "Xəstədən çox onun yanına gələnlər və gözləyənlər əziyyətçəkirlər. Mənim qohum-əqrəbamın bir çoxu elə özü də xəstədir. İstəmirəm ki, həmininsanlar gəlsinlər, stress keçirsinlər və həyəcanlansınlar.

Heç vaxtxəstəlikdən, çətinliklərdən şikayətlənməzdi və heç vaxt da ətrafdakılara mənfienerji ötürməzdi. Elə ömrünün son günlərində xəstə olarkən belə hərəkət edib.Deyib ki, xəstəliyimi qohum-əqrəbaya bildirməyin. Və biz onun ölüm xəbərinieşidəndə hamımız şok yaşadıq. Çünki Ərşad kişinin oğlu Həsən müəllim təkcə birevdən, bir tayfadan getmədi. Bəhmənlinin - o böyük elin ocağından getdi vəgetdi doğmalarını, əzizlərini boynubükük qoydu.

Şükürlərolsun ki, onun yurdunda oğlu Ərşad kimi bir övlad və üç qızı var. Onunqardaşları Tehran, Təbriz, Cəbrayıl deyirlər ki, Həsən müəllim ayağını çəkib,elə bil ki, onun yerində Ərşad kimi bir oğlan gəlib. Eynən atası kimi ağayana,səbrli, camaatın qəlbinə yol tapan bir gəncdir. Ağır gündə Ərşadı dostları da təkburaxmayıb. Bakıdan onlarla yaxın dostu Bəhmənliyə yas məclisinə gəlib.

HəsənƏliyev 64 illik ömrü çox şərəflə, namusla və qeyrətlə yaşayıb. Çünki o, ağlı kəsəngündən ömrünün son anına qədər əməli-saleh işlərlə məşğul olub və Allahınqoyduğu yolla gedib. Allahın qoyduğu yol isə ona sağlığında böyük nüfuzqazandırıb, bəhmənlilərin və dostlarının gözündə ucaldıb.

Və buucalıqdan Allahın dərgahına dönüş edib. Onun ölümünə heç cür inanmaq olmur. Düşünürəmki, Həsən Ərşad oğlu Əliyev ölməyib. Belə ki, yaxşı əməl sahibləri hər an, hərdəqiqə və hər saat yaşayırlar və Həsəni də bəhmənlilərin ürəyində, qəlbində buyaxşılıqları həmişə yaşadacaq....


TƏQVİM / ARXİV