adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
30 Yanvar 2019 13:49
8021
SİYASƏT
A- A+

Binəli Yıldırım istefa verəcək

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım istefa verəcək.

Adalet.az xəbər verir ki, bu barədə o, canlı yayımda açıqlayıb.Yıldırım 18 fevralda İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi üçün namizədliyini irəli sürəndə vəzifəsindən istefa verəcəyini bildirib:"İlk dəfə açıqlayıram. Namizədlik üçün müraciət etdiyim andan etibarən vəzifəmdən istefa verəcəyəm. Qaldı ki, mən rəsmi şəkildə hələ namizəd deyiləm. Partiyam məni namizəd göstərəcəyini açıqlayıb. Namizədliyimin elan olunduğu gündən etibarən parlament sədrliyindən çəkiləcəyəm".