adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
30 Yanvar 2019 11:45
5970
MƏMLƏKƏT
A- A+

Naxçıvanda 3634 nəfər işlə təmin olunub

Ötən il Naxçıvan Muxtar Respublikasında 3634 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub.

Adalet.az-ın məlumatına görə, onlardan 2976-sı məşğulluq xidməti orqanları tərəfindən işə düzəldilənlər, 588-i Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə göndərilənlər, 70-i isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən təşkil edilmiş imtahanlarda müvəffəqiyyət qazanaraq vakant dövlət qulluğu vəzifələrinə təyin olunanlardır.