adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
29 Yanvar 2019 17:36
6421
MƏMLƏKƏT
A- A+

Rövşən Rzayev vətəndaşları dinlədi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibədən əziyyət çəkən vətəndaşlara, o cümlədən məcburi köçkünlərə daim diqqət və qayğı göstərir.

Məcburi köçkünlərin sosial problemlərinin həlli, xüsusi ilə mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzil və ya fərdi evlərin verilməsi bu il də davam etdiriləcək. Bu məqsədlə yeni qəsəbələr salınır, yaşayış kompleksləri inşa olunur. Birinci vitse-prezident xanım Mehriban Əliyeva müvəqqəti məskunlaşdıqları bina və tikililərin tamamilə yararsız hala düşdüyü müvafiq dövlət orqanı tərəfindən təsbit edilmiş, ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə ilk növbədə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasını daim nəzarətdə saxlayır.

Yanvarın 29-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən növbəti qəbulda iştirak edən vətəndaşlara bu barədə ətraflı məlumat verilib.

Vətəndaşları Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə və departament rəhbərləri qəbul ediblər.

Həmişə olduğu kimi, yenə də qəbula gələnlərin əksəriyyəti məcburi köçkünlər olub. Onlar, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin verilməsi, məşğulluq, kommunal xidmətlər və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Dövlət Komitəsinin sədri və digər səlahiyyətli şəxslər vətəndaşları fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyiblər. Bütün müraciətlər müvafiq qaydada qeydə alınıb və rəsmiləşdirilib.

Vətəndaşların qaldırdıqları məsələlərin araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib.