adalet.az header logo
  • Bakı 16°C
29 Yanvar 2019 14:51
4577
GÜNDƏM
A- A+

Səfər Mehdiyev: “Problemin aradan qaldırılması üçün təkliflər hazırlayırıq”

"Gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamədən sonra bir neçə gün sonra gözlənilməsi texniki məsələlərlə bağlıdır. Bu problemin aradan qaldırılması üçün təkliflər hazırlayırıq.Yaxın günlərdə bu məsələ həllini tapacaq”.

Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransında çıxışı zamanı deyib.

S.Mehdiyev bildirib ki, bu problemin aradan qaldırılması yüklərin daha rahat boşaldılmasına imkan yaradacaq.

"Anbarlarla bağlı problemə gəldikdə bütün yükləri açıb boşaltmaq üçün texniki imkanımız yoxdur. Sahibkarlımızın sərhəddən anbara prinsipi ilə işləməsini istəyirik.

Sahibkar gətirilən malları birbaşa öz anbarına ötürəcək, bir saat ərzində malın buraxılıb-buraxılmayacağı barədə ona məlumat veriləcək.

Bu zaman gömrük əməkdaşlarının bu prosesdə iştirakına ehtiyac olub-olmaması barədə də onlara məlumat veriləcək. Bu proses fevral ayının 1-dən başlayır. Həmçinin gələn ayın 1-dən ixrac məhsulları, xüsusən kənd təsərrüfatı məhsullarının yaşıl dəhlizə tətbiqinə şərait yaradılacaq.

Hər bir ixracatçı öz anbarında malını bəyan edəcək, gömrük məmuru görmədən elektron bəyannaməsini yazacaq, nəqliyyat vasitəsinin sərhəddə doğru hərəkəti təmin ediləcək. Bu proseslərin heç birində gömrük əməkdaşları iştirak etməyək. Həmçinin anbarlarda qarışıq malların operativ açılması üçün anbarların sayının artırılmasında maraqlıyıq”.(modern.az)