adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Yanvar 2019 14:25
4298
GÜNDƏM
A- A+

NƏRİMANOV VƏ YETİMİN PAPAĞI

Gürcüstanda Axalkalaki rayonunda bildiyiniz kimi, Xocalı soyqırımının iştirakçısı olan bir terrorçuya təmtəraqlı abidə qoyulub. Bu da həm bizim, həm də Gürcüstandakı soydaşlarımızın çox böyük etirazına səbəb olub və etirazlar səngimir.

Gündəmi dəyişmək üçün dərhal Borçalıda xalqımızın mütəfəkkir oğlu və yazıçısı Nəriman Nərimanovun heykəlinin sökülməsi ilə bağlı məsələ qaldırılıb və imza toplanılıb. Bunu ona görə gündəmə atıblar ki, terrorçunun abidəsini yaddan çıxarıb Nərimanovun heykəlini qorumağın üzərində köklənək. Və artıq köklənmişik də.

Təbii ki, Nərimanovun heykəli sökülməyəcək, bu məsələ gündəmi dəyişmək üçün ortaya atılıb. Biz mübarizə aparacağıq, onlar da heykəli sökməyəcək və bizə də minnət qoyacaqlar ki, gördüz də, sizinkilərin heykəlinə toxunmadıq.

Yetimin papağını götürüb qaçırlar, sonra da qaytarıb verirlər ona, sevindirirlər.

Narahat olmayın, Gürcüstandan elə bir soydaşımız çıxacaq ki, Axalkalakidəki terrorçunun o abidəsini parçalara ayırıb vuracaq ermənilərin başına.

Mənim də gücüm ona çatar ki, bir daha istirahət üçün Türkiyəyə getməyim. Allah versin öz Qəbələmizə, İsmayıllımıza, Oğuzumuza, Zaqatalamıza.