adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Yanvar 2019 10:51
14377
DÜNYA
A- A+

«TALİBAN» ABŞ-ı BARIŞA MƏCBUR ELƏDİ

Uzun illərdi Əfqanıstanda «Taliban»la döyüşən ABŞ nəhayət, talibançıların önündən geri çəkilməyə məcbur oldu. Onu da qeyd edək ki, «Taliban»la müharibəyə başlayandan ABŞ ordusu 5 minə yaxın, bəlkə də çox əsgər itirib.

Srağagün ABŞ-ın və «Taliban»ın rəsmiləri Qətərdə görüşdülər və sülh müqaviləsi bağladılar. Və müqaviləyə əsasən də ABŞ Əfqanıstandakı ordusunu geri çəkəcək. Bircə dənə də şərt odur ki, «Taliban» Əfqanıstan hökuməti ilə də danışıqlar masası arxasında otursun. Beləliklə, «Taliban» dünyanın bir nömrəli vorzakonunun ordusunu Əfqanıstandan çıxarmağa nail oldu.

Sovet hökuməti də Əfqanıstandan biabırçılıqla çıxmışdı, ABŞ da bu biabırçılığı yaşadı. Bu günə qədər Nadir şahdan başqa heç bir imperiya Əfqanıstanı ram edə bilməyib.