adalet.az header logo
  • Bakı 19°C
29 Yanvar 2019 12:52
20524
MƏDƏNİYYƏT
A- A+

“Hər şey Azərbaycan kinosuna qurban olsun”


Xəzər Media Centerdə "Kişi Ol” filminin qala-gecəsi uğurla baş tutub.

Adalet.aza verilən məlumata görə, premyerada tanınmış simalar, televiziya, şou-biznes, KİV nümayəndələri, incəsənət xadimləri, blogerlər və başqaları iştirak ediblər.

"Kişi Ol” filmi bir neçə mövzunu bir xarakter ətrafında birləşdirir. Bu xarakter isə yazıları ilə

Mətbuat Şurasının və həmkarlarının hörmətini qazanmış Jurnalist Mübarizdir. Bir biznesmen

tərəfindən təhdid olunan Mübariz bir məqaləni yazmamalıdır, yazarsa da ailəsini itirməlidir.

Mübariz bu vəziyyətdən necə çıxacaq?

Təqdimatda çıxış edən qonaqlar filmin beynəlxalq müsabiqələr üçün də bir tapıntı olacağını

söyləyiblər.

"Kişi ol”un ssenari müəllifi və rejissoru sevilən və reytinqli serialların ssenari müəllifi, aktyor – Valeh Əhmədov, quruluşçu operator – Əhməd Barasov, montaj – Elgün Xeyrullayev, Vaqif

Əhmədov, quruluşçu rəssam – İlqar Qurbanovdur.

Filmdə Xalq artistləri Həmidə Ömərova, Qurban İsmayılov, tanınmış aktyorlar Tural Baxış,

Fəridə Şahbazova, Kamil Nazim, Aysel Nasir, Xatirə Süleymanova, Flora Hüseynli, Vaqif

Kərimov, Elvin Ağayev, Elsevər Mehdizadə, Sənan Əlləz, Əli Əlizadə, Cavanşir Məhərrəmov,

Namiq Məna, Erkin Ergin, Sabir Samiroğlu, Namis Şirməmmədov və digərləri rol alıblar.

Filmin təqdimatından sonra Valeh Əhmədov , izləyicilərə təşəkkür edib. Filmin ərsəyə gəlməsində ona dəstək olan hər kəsə minnətdar olduğunu bildirib . Sualları cavablandırarkən filmi öz maddi vəsaiti hesablna çəkdiyini vurğulayıb.

"Azərbaycan tamaşaçısına inaniram, amma film üçün qoyduğum pul batsa da Azərbaycan kinosuna qurban olsun" - Valeh Əhmədov fikirlərini belə tamamlayıb.

"Kişi Ol” filmi yanvarın – 26 dan bütün Park Cinema kinoteatrlarında nümayiş olunacaq.

Park Cinema – Azərbaycan müasir çoxlu sayda zalları olan kinoteatrların şəbəkəsidir. Bu gün

şəbəkəyə ParkBulvar, MetroPark, ZaqulbaMall, FlameTowers əyləncə mərkəzələrində yerləşən bir neçə kinoteatr daxildir.