Faiq QİSMƏTOĞLU: SƏNSİZ KEÇƏN 40 GÜN

FAİQ QİSMƏTOĞLU
49835 | 2019-01-30 10:22

Qırxgün necə gəlib keçdi heç hiss olunmadı.Elə bil 40 gün deyil, beş gün bundan əvvəl Məcnun müəllim Allah dərgahınaqovuşub. Günlərin, həftələrin belə tez gəlib keçməsini hiss eləməsək də, ancaqonun yoxluğunu hər an, hər saat, hər gün hiss etmək mümkündür. Ən azından onagörə ki, Məcnun Namazəliyev nəinki Bəhmənlinin, Füzulinin, Azərbaycanın böyükziyalısı, böyük jurnalisti və böyük insanı idi. Bu cür böyük insanların yeri hərzaman, hər an görünür və onlar bizdən uzaqlaşdıqca belə dəyərli kişilərin nə qədərqiymətli insan olduğunu bir daha dərindən dərk edirik...

Yaxşıinsanları Allah-Təala da çox istəyir. Və çox istədiyindən onlara hər şey bəxşedir. Bu insanlara Ulu Yaradan istedad verir, savad verir və ən nəhayət, həradamda olmayan bir işıq, bir nur bəxş edir. Və bu işığı, bu nuru da həmininsanlar ömrünün son anına qədər yaşadır, başqalarına ötürürlər. Həmdanışıqları, həm səmimiyyətləri, həm də qeyri-adi qabiliyyətləri ilə elin,obanın arasında böyük nüfuz, sevgi qazanırlar. Bax, gözəl insan, gözəl ziyalı vəgözəl də jurnalist olan Məcnun Namazəliyev belə dəyərli şəxsiyyətlərdən idi.


Bu günFüzulidə kimdən soruşsan onun barəsində ancaq xoş sözlər deyə bilər. Məsələn,deyə bilərlər ki, Məcnun müəllim çox ağsaqqal adam idi və hamıya böyük sevgiyləyanaşırdı. Hətta xoşu gəlməyən adama belə yaxşılıq eləməyi bacaran kişi idi. Məcnunmüəllim eldə, obada, lap Bəhmənlinin özündə qohumu ilə yada heç bir fərqqoymazdı. Yəni onun evinin qapısı da, işlədiyi kabinetin özü də insanların üzünəhəmişə açıq olub.

Zarafatdeyil, Məcnun Namazəliyev düz 50 ildən çox Füzulidə çıxan "Araz” və "Qayıdış” qəzetlərininredaktoru olub. İcra hakimiyyətində şöbə müdiri işləyib və həmişə də öz sadəliyini,səmimiyyətini saxlamağı bacarıb. O, atası Surxay kişinin qoyduğu yolla gedib.Çünki onun atası rəhməytlik Surxay kişidə Bəhmənlinin, Füzulinin ağsaqqallarından olub. Yəni o ağayanalıq, xeyirxahlıqvə əməlisalehlik onlara nəsildən-nəsilə - babadan ataya, atadan oğula vəoğuldan da nəvələrə ötürülüb.

Başqacür də ola bilməz. Nəsli-nəcabəti, kökü olan adamlar tarixən bu yolu tutublar.Onlar dünyasını dəyişsələr də, el-oba arasında o yaxşılıqları, oxeyirxahlıqları həmişə onları yaşadıb və camaata sevdirib.

Yanvarın 29-da MəcnunNamazəliyevin Allahın dərgahına qovuşmasından 40 gün keçdi. Ancaq tam səmimiyyətlədeyirəm, bu 40 gündə Məcnun müəllim hər gün, hər an yada salındı, xatırlandı. Vəuzun illər keçəcək, yenə yada salınacaq, yenə xatırlanacaq. Onu xatırladanvar-dövləti deyil, bir gün işığı kimi həmişə insanlara hərarət verəcək əməli-salehişləridir.

Onun 40məclisində də bir gün qabaq iştirak etdik. Daha doğrusu, yaxın qohumum, ağır seyidlərdənolan seyid Əbdürrəhim, seyid Əsgər, Mürvət Qafarov, qardaşım Elxan, əmim oğluİnşallahla onların evində olduq. Oğlu Nurəddin (Allah onu saxlasın, özü də, səsidə Məcnun müəllimə bənzəyir və çox vaxt onun səsini eşidəndə elə bilirəm ki, Məcnunmüəllimin səsidi) bizi həyətdə qarşıladı.

Həyətdəkiçadırda oturmaq istəsək də, dedi ki, müəllim, ora soyuq olar, qalxaq evə və bizdə evə keçdik. Qızları mənimlə həmişə olduğu kimi səmimi görüşdülər. Sonra masaarxasında əyləşdik. Süfrəyə çay gətirdilər. Mürvət kişi ilahiyyət elmini yaxşıbilir və "Quran”ı da mükəmməl öyrənib. O, "Fatihə” surəsini oxudu və biz də ürəyimizdəo surənu təkrar elədik, sonra da salavat çevirib Allah-Təaladan Məcnun müəlliminruhuna rəhmət oxuduq. Onsuz da Məcnun müəllim rəhməti bu dünyada qazanmışdı. O,bu dünyada axirəti üçün çox şey toplamağı bacarmışdı. İndi o, Allahın dərgahındadıvə orda da əməli-saleh işlərinə görə ruhu rahatdır.

Mən Məcnunmüəllim sağlığında tez-tez zəng vurardım. Rəhmətə gedəndən sonra onun mobilnömrəsi söndürülmüşdü. Oğlu Nurəddinə və dörd qızına dedim ki, o nömrəni bağlısaxlamayın, biriniz işlədin. Çox sağ olsunlar, elə qızlarından biri də o nömrəniişlədir. Bir dəfə cümə axşamlarının birində həmin nömrəyə zəng vurdum, qızıqaldırdı məni tanıdı. Mən də hal-əhval tutub Allahdan Məcnun müəllimə rəhmətdilədim. Deyəsən bu söhbətim Məcnun müəllimin qızını bir qədər toxdatdı.

Bizinsanların üç böyük varlığa borcu var: Allaha, valideynə və bir də müəllimə! MəcnunNamazəliyev mənim mənəvi müəllimim olub. Elə yazı-pozunu da o mənə aşılayıb.Düşündüm ki, heç bir şey eləyə bilməsəm də bu balaca cızma-qara ilə müəllimiminheç olmasa böyük borclarımdam cüzi bir hissəsini qaytarım. Onsuz da nə Allahın,nə valideyinin, nə də müəllimin borcunu heç kim qaytara bilməz. Və o cümlədən məndə qaytara bilmərəm.

Sadəcəolaraq, bu yazını qələmə almaqla düşünürəm ki, Məcnun müəllimin doğmalarına,yaxınlarına və onu sevənlərə bu yazı bir təsəlli ola bilər. Və ən vacibi isə böyükinsan, böyük ziyalı, böyük jurnalist Məcnun Namazəliyevin ruhu şad olsun! –deyirik. O ruhun Allah dərgahında şad olması, rahat olması elə bu dünyada onusevənlərin dərdinin yüngülləşməsi və təsəlli tapmasıdır...


TƏQVİM / ARXİV