adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Yanvar 2019 12:09
12566
DÜNYA
A- A+

Türkiyə polisi Adanada əməliyyat keçirdi - 26 hərbçi saxlanıldı

Türkiyədə "FETÖ" terror təşkilatı ilə mübarizə çərçivəsində polis Adana vilayətində növbəti əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyat çərçivəsində 26 hərbçinin saxlanıldığı bildirilir.

Qeyd olunur ki, həmin hərbçilərin "FETÖ" terror təşkilatı ilə sıx əlaqələrinin olduğu müəyyən edilib. Saxlanılanlar arasında yüksək rütbəli hərbçilərin olduğu deyilir.

Əməliyyat Adana vilayətinin 18 rayonunda keçirilib.

Xatırladaq ki, bundan öncəki əməliyyatlar zamanı İstanbulda 103, Ankarada 188 hərbçi "FETÖ" terror təşkilatı ilə sıx əlaqəsi olduğu üçün həbs edilmişdi.