adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Yanvar 2019 11:33
5145
GÜNDƏM
A- A+

Şəhid ailələrinə qayğı Prezidentin siyasi kursunda mühüm istiqamətdir” - Deputat

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident sarayında şəhid ailələri ilə görüşərək, onların problemlərilə maraqlandılar. Ardınca ölkə başçısı şəhid ailələri ilə bağlı yeni Fərman imzaladı. Yeni Fərmanla əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisin vərəsələrinə də 11 min manat birdəfəlik ödəmənin verilməsi tapşırılıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev Modern.az-a açıqlamasında ölkə başçısının bu addımını alqışlayaraq, dünənki Fərmanın vacib olduğunu vurğulayıb:


"Şəhid ailələrinə göstərilən diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. 1 yanvar 2019-cu il tarixinə 12779 şəhid ailəsi, 119 nəfər 20 yanvar şəhidi ailəsi, 11994 nəfər Qarabağ əlili, 327 nəfər 20 Yanvar hadisələri zamanı əlil olanlar Prezident təqaüdü, 49692 nəfər Qarabağ müharibəsi veteranı müavinətlə təmin olunur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərdiyi xüsusi qayğı nəticəsində 2018-ci ildə əvvəlki ilə nisbətən bu kateqoriyadan olan ailələrə 3 dəfə çox-626 mənzil təqdim olunub. İndiyədək bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil verilib. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdlərinin də məbləği ötən dövrdə mütamadi olaraq artırılıb. Nəticədə bu kateqoriyadan olan ailələrin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlət başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimayyət tərəfindən rəğbətlə qarşılanıb”.


R.Əliyev 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərmanı xatırladıb:


Şəhid hərbi qulluqçuların ailələrinə 11000 manat birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu Fərman bu ailələrin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində atılan ən mühüm addımlardan biri olmaqla ölkə vətəndaşlarının rifahının yüksəldillməsinə yönələn hümanist addımlardan biri kimi qəbul edilməlidir. Bu Fərman ilə 9531 şəhid hərbi qulluqçunun vərəsəsinə nəzərdə tutulan birdəfəlik ödəmələr veriləcək. Artıq 3,1 min nəfərin 4,2 min vərəsəsi birdəfəlik ödəməni alıb və bu proses 2019-cu ildə yekunlaşacaq. Dövlətimizin başçısı çıxışında bildirdi ki, Cocuq Mərcanlı bizim əyilməz iradəmizin rəmzinə çevrildi, onun yenidən qurulması hərbi qələbəmizin nəticəsində mümkün olub. "Aprel döyüşləri bütün dünyaya göstədi ki, Azərbaycan güclü dövlətdir, ölkəmizin güclü ordusu var və xalqımız heç vaxt işğalla barışmayacaq” deyən Prezident İlham Əliyev şəhid ailələrinə vətən üçün gözəl övladlar yetişdirdiklərinə görə təşəkkür etdi, xalqımızın şəhidlərlə fəxr etdiyini, onların bizim ürəyimizdə əbədi yaşayacağını bildirdi”