adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Yanvar 2019 10:50
3453
GÜNDƏM
A- A+

“Prezidentin hər iki fərmanı 12268 şəhidin vərəsələrini əhatə edəcək” - Nazir

"2264 şəhid hərbi qulluqçunun vərəsələrinin vəsait almaq hüququ elektron sistemdə öz əksini tapıb və onlar bu gündən etibarən müraciət edə bilərlər”

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, 461 şəhid polisin vərəsələri ilə bağlı prosedur bir həftə ərzində yekunlaşacaq. Bundan sonra onlar da müraciət edə biləcəklər.

S.Babayevin sözlərinə görə, Prezidentin hər iki fərmanı 12268 şəhidin vərəsələrini əhatə edəcək. "3099 şəhidin 4200 vərəsinə 11 manat ödəniş edilib. 9169 vərəsəyə isə vəsait bu il ərzində ödəniləcək. Bunun üçün dövlət büdcəsindən 135 milyon manat vəsait ayrılıb. Ayda 1000 şəhid vərəsəsinin məlumatlarını emal edərək ödənişləri 9-10 ay müddətində bitirməyi planlaşdırırıq. Köhnə fərmanın icrası ilə əlaqədar 1100 sənəd emaldadır. Onlardan 500-ü yekunlaşdırılıb. Sabah ödəniş qərarının qəbul edilməsini gözləyirik. Fevralın ilk 10 günündə isə növbəti 500 şəhid ailəsi barədə qərarlar veriləcək”.

Şəhidlərin unudulmadığını deyən nazir vurğulayıb ki, hər bir şəhid ailəsinin sosial müdafiəsi ölkə başçısının diqqət mərkəzindədir.

"461 nəfər şəhid polisimizin vərəsələri bu fərmanın əhatə dairəsinə daxil edildi. Eyni zamanda 2264 şəhid hərbi qulluqçumuzun vərəsələri də bura daxil olundu. Bu şəhidlərin vərəsələri müxtəlif dövrlərdə sığorta ödənişini almışdı. Amma sığorta ödənişinin məbləği kiçik idi. Cənab prezident onu da vurğuladı ki, biz bunu nəzərə aldıq, onlar 92-97-ci illərdə 50 min manat vəsait almış ailələr idi. 50 min manatın müxtəlif dövrlərdə məzənnələrinə baxdıqda, bu, 20-50 dollar məbləğində vəsait edir. Ona görə də cənab prezident bir daha humanizm və sosial ədalət prinspinlərini nəzərə alaraq, yeni fərmana bu kateqoriyada olan şəxsləri də əlavə etdi", - Sahil Babayev qeyd edib.