adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Yanvar 2019 10:26
14415
KRİMİNAL
A- A+

Rusiyada azərbaycanlı qardaş və bacının meyitləri tapılıb

Rusiya Federasiyasının Samara vilayətinin Çapayevsk şəhəri yaxınlığında azərbaycanlı bacı və qardaşın meyitləri tapılıb.

Adalet.az-ın"Report”a istinadən verdiyi məlumata görə, bunlar 17 yaşlıƏsgərov Naib Şəmməd oğluvə 14 yaşlıƏsgərova Aida Şəmməd qızıdır.

Qardaş və bacının meyitləri şəhər kənarında kimsəsiz yerdə tapılıb. Meyitlərin üzərində fiziki zorakılıq əlaməti olmasa da onların öldürüldüyü ehtimal olunur.

Azərbaycanlı gənclərin ataları bizneslə məşğuldur.