adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Yanvar 2019 10:24
6073
MƏMLƏKƏT
A- A+

Naxçıvana 40-dan çox ölkədən pul köçürülüb

Ötən il təcili pul köçürmələri vasitəsilə dünyanın 40-dan çox ölkəsindən muxtar respublika vətəndaşlarının pasport məlumatlarına 6 milyon 879 min ABŞ dolları məbləğində pul köçürülüb.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin məlumatında qeyd olunub. Bildirilib ki, köçürülən pullar banklar vasitəsilə ödənilib.

1 yanvar 2019-cu il tarixə muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin ümumi məbləği 6 milyon 566 min manat təşkil edib, o cümlədən xarici valyuta ilə qoyulan əmanətlərin manat ekvivalenti ilə məbləği 1 milyon 238 min manat olub.