adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Yanvar 2019 17:00
28897
TEXNOLOGİYA
A- A+

Azercell-dən 100 000 AZN-ə qədər hədiyyə qazanmaq imkanı

"Azercell Telekom” MMC 2019-cu ildə də abunəçiləri üçün sərfəli kampaniyalar təqdim etməyə davam edir.

Adalet.az xəbər verir ki, Azercell bu dəfə "ABC Content” MMC ilə birgəreallaşdırdığı yeni "Azercell-dən Hədiyyəli Balans”adlı stimullaşdırıcı tirajlı lotereya ilə Sim-Sim abunəçilərini sevindirir. Kampaniya 24 yanvar - 29 dekabr 2019-cuil tarixləri ərzində keçiriləcək. Azercell abunəçiləri müxtəlif ödəmə üsulları ilə (Simkredit və Paycell istisna olmaqla) balanslarını ən azı 1 AZN məbləğində artırıb, 5353 qısa nömrəsinə boş SMSgöndərməklə (SMS ödənişsizdir) lotereya iştirakçısı ola bilərlər.

Qeyd olunan müddət stimullaşdırıcı tirajlı lotereyaya qoşulan Sim-Sim abunəçiləri Azercell-dən xallar və hədiyyələr qazanma imkanı əldə edəcəklər:

-Hər gün 1000 AZN

-Hər ay 10,000 AZN

-100 000 AZN-ə qədər SUPER HƏDİYYƏ

Hər bir iştirakçı www.hediyyelibalans.azinternet səhifəsinə daxil olmaqla lotereyanın iştirak şərtləri, tirajların keçirilmə qrafiki və qaliblər barədə məlumatlarla tanış ola bilər. Qeyd edək ki, lotereyada yalnız 18 yaşına çatmış abunəçilər iştirak edə bilər.

Kampaniyaya qoşulun və Azercell-dən 100 000 AZN-ə qədər hədiyyə qazanmaq imkanı əldə edin!

Əlavə məlumat üçünhttps://www.azercell.com/az/personal/campaigns/monthly/hediyyelibalans/səhifəsinə daxil olun.